Icma.az
close
up
RU
Gərgin dövrdür, kimə inanaq? AÇIQLAMA

Gərgin dövrdür, kimə inanaq? AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Müharibə və ya gərgin siyasi proseslər zamanı informasiya mühiti daha həssas olur və sosial şəbəkələrdə yayılan xəbərlərin doğruluğunu müəyyən etmək çətinləşir. Belə dövrlərdə sürətlə yayılan təsdiqlənməmiş məlumatlar cəmiyyətdə çaşqınlıq yarada və dezinformasiyanın geniş yayılmasına səbəb ola bilər. 
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Əməkdar jurnalist Qulu Məhərrəmli bildirib ki, adətən böhranlı və ekstremal vəziyyətlərdə, dolaşıq informasiyaların artdığı dövrlərdə cəmiyyətin doğru və dəqiq məlumatlandırılması ciddi problem kimi üzə çıxır. 
"Çünki burada söhbət təkcə peşəkar mediadan getmir, eyni zamanda insanların əsas informasiya mənbəyi olan sosial şəbəkələrdən də gedir. Təcrübə göstərir ki, belə məqamlarda sosial media istifadəçilərinin bir qrupu, müxtəlif profilli media qurumlarının bloqerləri və video bloqerlər hadisələrin sanki içindəymiş kimi davranaraq müxtəlif məzmunlu məlumatlar yayırlar. Bu isə ictimai fikrin çaşdırılmasına səbəb olur. Bundan əlavə, xüsusilə sosial şəbəkə məkanı kənar müdaxilələr nəticəsində yönləndirilə bilər, saxta informasiyaların sayı artır və məqsədyönlü şəkildə informasiyanın təhrifi sosial mediada sürətlə yayılır".
Ekspertin sözlərinə görə, bu kimi halların qarşısını almaq üçün ilk növbədə cəmiyyətdə media savadlılığının artırılması vacibdir. 
"İnsanlar aldıqları informasiyanın xarakterini və hansı məqsədlə yayıldığını ayırd edə bilməlidirlər. Bununla yanaşı, vizual informasiya savadlılığı da böyük əhəmiyyət daşıyır. Yəni görüntüləri, videoları, şəkilləri və qrafik elementləri analiz edərək onların nə dərəcədə doğru və ya saxta olduğunu müəyyənləşdirmək lazımdır. Bu zaman manipulyasiya elementlərini və süni intellektin rolunu da ayırd etmək mümkün olur. Ən etibarlı mənbə rəsmi məlumatlardır. Mövcud şəraitdə rəsmi məlumatlar bəzən böyük auditoriyanı əhatə etməyə bilər, lakin onların mötəbər mənbələrdən yayıldığı nəzərə alınarsa, reallığı əks etdirmə ehtimalı daha yüksək olur. Bu səbəbdən belə məlumatlara üstünlük verilməsi vacibdir".
Həmçinin oxu:
Dedikləri düz çıxan Çin 'Nostradamus'undan İranla bağlı gözlənilməz proqnoz
Çox adamın notbuklarda fikir vermədiyi işarə — 20 manata satırlar
Müharibəyə görə Çin maşınlarının istehsalı dayandırılır? — Bu şirkətlər bağlana bilər
Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.
Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.
Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Mart 2026 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri