Icma.az
close
up
RU
Vəziyyət gərgin olaraq qalır, Türkiyə Suriyaya hərbi müdaxilə edəcəkmi? AÇIQLAMA

Vəziyyət gərgin olaraq qalır, Türkiyə Suriyaya hərbi müdaxilə edəcəkmi? AÇIQLAMA

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 3-də İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ilə telefonla danışıb. Türkiyə lideri ölkəsinin prioritetinin öz sərhədləri xaricində sabitliyi qorumaq və mülki əhaliyə zərər verməmək olduğunu bildirib. Ərdoğan Suriyanın ərazi bütövlüyünün vacibliyini, bu mövzuda İraqla həmfikir olduqlarını qeyd edib. O, PKK terror təşkilatı və onun qollarının qarşısını almaq üçün Türkiyənin bundan sonra da addımlar atacağını vurğulayıb.

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki,  Suriyada vəziyyət kifayət qədər ciddidir və Bəşər Əsəd rejiminin devrilməsi gözləniləndir. Onun sözlərinə görə, proseslərin inkişafı Türkiyə-Rusiya təmaslarının nəticəsindən asılıdır:

“Ankara ilə Moskva razılığa gələ bilsələr, “sular yaxın vaxtda durula bilər”. Əks halda, gərginlik hələ davam edəcək. Türkiyənin xarici siyasətində əsas istiqamətlərdən biri məhz öz təhlükəsizliyini təmin etməkdir. Rəsmi Ankara bunun üçün hər şey edəcək. Bu mənada əslində Türkiyənin Suriyaya hərbi müdaxiləsi də mümkündür. Hərçənd Türkiyə bunun üçün tələsməyəcək. Digər tərəfdən, İranın xarici işlər naziri Abbas Araqçi dünən ölkəsinin Suriyaya qoşun göndərmək imkanını istisna etmədiyini söyləyib. Onun sözlərinə görə, Suriya İrandan bunu istəsə, rəsmi Tehran xahişi nəzərə ala bilər. İranın perspektivdə Suriyaya qoşun göndərməsi mövcud vəziyyəti daha da gərginləşdirə bilər”.

Ekspert qeyd etdi ki, rəsmi Tehran ən azı yaxın gələcək üçün belə bir qərar qəbul etməyəcək:

“Bunun üçün əvvəlcə Rusiya və Türkiyə ilə diplomatik təmaslar aparılacaq.  Türkiyənin Suriyaya hərbi müdaxiləsi məsələsinə gəldikdə isə rəsmi Ankara hələ ki diplomatik təmaslara üstünlük verəcək. Çünki Türkiyənin Suriyaya qoşun göndərməsi Rusiya ilə münasibətlərə təsir edə bilər. Ankara bunu nəzərə alacaq və tələsməyəcək. Hazırda Türkiyənin əsas qayğısı Suriyadan mümkün köç dalğasının qarşısının alınması ilə bağlıdır. Yəqin ki, Rəsmi Ankara əvvəlcə bu məsələ istiqamətində çalışacaq”.

Günay Rəsulqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://sfera.az
archiveBu xəbər 04 Dekabr 2024 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri