Icma.az
close
up
RU
Gərginləşən münasibətlər: Rusiyadakı azərbaycanlılar üçün təhlükə varmı?

Gərginləşən münasibətlər: Rusiyadakı azərbaycanlılar üçün təhlükə varmı?

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda “Rus Evi”nin bağlanması qərarından sonra Rusiyada azərbaycanlıları qovmaq,  diaspor üzvlərini həbs etmək, onları Novaya Zemlyaya sürgün etməklə (Yeni Torpaq) bağlı çağırışlar edilir. Belə bir təkliflə hər zaman nifrət dolu açıqlamaları ilə tanınan ictimai fəal Sergey Mantsayev çıxış edib. 

Azərbaycanla Rusiya arasındakı gərginliyi də nəzərə alsaq, çağırışlar fonunda azərbaycanlılar, diaspora üzvlərimiz üçün real təhlükə yarana bilərmi? 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, Rusiyada Azərbaycan əleyhinə olan qüvvələrin – siyasi xadimlərin, siyasətçilərin və.s olduğu heç kimə sirr deyil:

“Onlar zaman-zaman Rusiya ilə Azərbaycan arasında olan münasibətlərin gərginləşməsindən istifadə edərək öz xəbis niyyətlərini həyata keçirirlər. Bunu dəfələrlə Ermənistan-Azərbaycan, Ermənistan-Rusiya münasibətlərində də görmüşük. Bu gün də AZAL təyyarəsinin Rusiya tərəfindən vurulması hadisəsindən istifadə edərək ölkəmizə qarşı onların sərsəm fikirlər bildirməsinin şahidi oluruq. Bu, gözlənilən idi. Düşünürəm ki, bu, uzun müddət, yəni Rusiya ilə Azərbaycan arasında münasibətlər normallaşana kimi davam edəcək. İki ölkə arasında münasibətlər isə bu gün gərgindir. Buna da səbəb Rusiyanın öz günahını boynuna almaq istəməməsidir. Rusiya niyə məsuliyyəti öz üzərinə götürmək istəmir? Təbii ki, bunun bir sıra səbəbləri var... Amma burada bizi maraqlandıran əsas məsələ Rusiya- Azərbaycan  münasibətləri gərginliyinin hansı səviyyəyə qalxa bilməsidir. AZAL hadisəsi iki ölkə arasında əlaqələrin tamamilə kəsilməsinə, dostluq səviyyəsində olan münasibətlərin düşmənçilik münasibətlərinə çevrilməsinə səbəb ola bilərmi? Bizi bu gün düşündürən əsas məsələ budur. Əlbəttə, hər iki ölkə münasibətlərin düşmənçilik səviyyəsinə keçməsində maraqlı deyil. Rusiyada Azərbaycana qarşı yaradılan bu ajiotaj isə məhz ölkəmizi haqlı iddialarında əl çəkməyə məcbur etmək məqsədi güdür”.

Müsahibimiz bildirdi ki, Azərbaycan öz hüquqlarını sona qədər müdafiə edəcək:

“Qeyd etdiyim kimi, bu münasibətlərin gərginliyindən, təkcə Azərbaycan deyil, eyni zamanda Rusiya da ciddi ziyan çəkir. Hazırda Rusiyanın Ukrayna ilə başlatdığı müharibə səbəbindən onun ətrafındakı ölkələr getdikcə daralır. Düşünmürəm ki, Rusiya bu gün onun üçün kritik olan vəziyyətdə Azərbaycanı da itirmək istəsin. Azərbaycana qarşı Rusiyanın əlində müəyyən mexanizmlər var, o cümlədən də Rusiyada yaşayan azərbaycanlılar məsələsi, diaspora nümayəndələri və.s.  – onlara qarşı göstəriləcək tədbirlər.. Amma Moskva bu mexanizmdən istifadə edəcəkmi? Düşünmürəm ki, ediləcək. Ona görə ki, Rusiyanın məqsədi Azərbaycanla münasibətləri daha da gərginləşdirmək deyil, məqsəd sadəcə Azərbaycan tərəfinin müəyyən qədər geri çəkilməsidir. Amma dövlətimizin bundan geri çəkiləcəyini də fikirləşmirəm. Əgər Rusiya qeyd olunan sahələrdə - diaspora, orada yaşayan azərbaycanlılarla bağlı daha ciddi tədbirlərə əl atarsa, təbii ki, Azərbaycan da öz tərəfindən Rusiyaya qarşı müəyyən mexanizmləri işə sala bilər. Bu tədbirlər isə heç də Rusiyanın ürəyincə olmayacaq. Məhz bu səbəbdən, Rusiya bu və ya digər formada Azərbaycanla münasibətləri qaydaya salmaq istiqamətində addımlar atacaq. Amma hansı formada edəcək, bu məlum deyil. Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı məsələni boynuna götürüb üzr istəməsə, kompensasiya ödəməsə, günahkarları cəzalandırmasa, düşünmürəm ki, Azərbaycan mövqeyindən, tələblərindən geri çəkiləcək. Fikrimcə, Azərbaycan sona qədər öz tələblərində dayanacaq. Amma münasibətləri normallaşdırmaq üçün yenə də qapılar açıqdır, imkanlar var. Bundan istifadə etmək hər iki dövlətin xeyrinə olacaq”.

Günay Rəsulqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 Fevral 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri