Icma.az
close
up
RU
Gərginlik artır: 200 min əsgər səfərbər edildi, hərbi toqquşma ola bilər

Gərginlik artır: 200 min əsgər səfərbər edildi, hərbi toqquşma ola bilər

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez ABŞ-ın Karib dənizi regionunda artan hərbi fəaliyyətini əsas gətirərək ölkədə 200 min əsgərin səfərbər edildiyini bildirib.

Lopez Karibdəki hərəkətliliyin ABŞ-dakı ciddi daxili problemlərdən diqqəti yayındırmağa hesablandığını qeyd edib. Nazir həmçinin ölkə miqyasında başladılan səfərbərliyin iki gün davam edəcəyini, bundan sonra vəziyyətə əsasən yeni qiymətləndirmənin aparılacağını söyləyib.

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, son günlərdə Karib dənizi regionunda baş verən hadisələr və Venesuela rəhbərliyinin bəyanatları beynəlxalq gündəmin diqqət mərkəzinə çevrilib:

“Venesuela tərəfi, xüsusilə də rəsmi şəxslər ABŞ Dövlət Departamentinin yaydığı bəyanatların və ittihamların regionda sülh və sabitliyə təhdid yaratdığını bildirirlər. Venesuela rəsmilərinin fikrincə bu cür çıxışlar Vaşinqtonun daxili sosial-siyasi problemlərdən diqqəti yayındırmaq və regionda təsir imkanlarını qorumaq məqsədi daşıyır.

İlk növbədə onu qeyd etmək lazımdır ki, bəyanatda vurğulanan “sülhün təhdidi” məsələsi yalnız siyasi ritorika deyil, həm də real təhlükəsizlik narahatlığını əks etdirir. ABŞ-ın son illərdə Karib dənizi yaxınlığında həyata keçirdiyi hərbi təlimlər, kəşfiyyat uçuşları və dəniz müşahidə missiyaları Venesuela tərəfindən təxribat kimi qiymətləndirilir”.


Aytən Qurbanova 

Politoloq bildirib ki, region ölkələrinin bir hissəsi balanslı mövqe saxlamağa çalışırlar:

“Çünki regionda hər hansı hərbi toqquşma enerji və ticarət marşrutlarını və dəniz təhlükəsizliyini birbaşa təhdid edə bilər.

Nəticə etibarilə, indiki məqamda Karib dənizi regionunda baş verən hadisələr yalnız ABŞ və Venesuela arasında qarşıdurma deyil, həm də qlobal güclərin təsir dairəsi uğrunda mübarizəsinin bir hissəsidir. Ona görə də, Karib dənizində sülh və sabitliyin qorunması qarşıdurma deyil, dialoq və qarşılıqlı etimad mexanizmlərinin gücləndirilməsindən asılıdır. Əks halda, bu gərginlik regional iqtisadi əlaqələrə, enerji təhlükəsizliyinə və beynəlxalq münasibətlər sisteminə mənfi təsir göstərə bilər”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Noyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri