Geyimləri svarovski qaşlardan 120 saata hazırlandı
Shownews saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xalq artisti Aygün Kazımova "Dream Fest" musiqi festivalının açılış mərasimində yer alıb.
Axşam.az xəbər verir ki, Pop kraliça gecədə iki geyimdən istifadə edib. Hər iki geyim modelyer Rüfət İsmayıla aiddir.
Kazımova firuzəyi xalçaya bej rəngli uzun geyimdə çıxıb. Alt hissəsi bodidən ibarət olan geyimin üzəri qaşlarla bəzədilən tüllə örtülüb. Paltarın üstündəki qaşların hamısı svarovskidir. Əl işi olan geyim 120 saata hazırlanıb.
Ölkənin əsas ulduzu səhnəyə çıxarkən ağ geyimdən istifadə edib. Onun ağ qısa donu da svarovski qaşlarla bəzədilib. Kürk isə sünidir və üzərində 300-ə yaxın daşdan istifadə edilib. Bu ekstra ölçülü daşlar isə satışda olmur və xüsusi sifarişlə hazırlanır. Onlar moda evi tərəfindən Aygün Kazımova üçün sifariş edilib. Kazımovanın şlyapası da özəl hazırlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 25 İyul 2025 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















