Icma.az
close
up
RU
Diananın geyimləri hərraca çıxarılır

Diananın geyimləri hərraca çıxarılır

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Mərhum Şahzadə Dianaya məxsus yüzlərlə rəngarəng geyimlər, papaqlar, ayaqqabılar və çantalar bu ay satışa çıxarılır.

Modern.az “Reuters”ə istinadən xəbər verir ki, “Julien’s Auctions” şirkəti bunu indiyədək Şahzadə Diana aid keçirilmiş ən böyük hərracı adlandırır. Canlı və onlayn formatda keçiriləcək “Şahzadə Diananın stili və kral kolleksiyası” adlı hərrac iyunun 26-da Los-Ancelesdəki The Peninsula Beverly Hills otelində baş tutacaq. Tədbirdə Şahzadənin geyindiyi çoxsaylı moda nümunələri satışa çıxarılacaq.

“Julien’s Auctions”un icraçı direktoru Martin Nolan bildirib ki, bu hərrac Diana ilə bağlı ən böyük satış olacaq: “Burada onun həyatına və karyerasına aid 100-dən çox əşya yer alıb. Xatırladım ki, Diana özü də 1997-ci ildə xeyriyyə məqsədilə 70-dən çox libasını satışa çıxarmışdı”.

Satışın diqqətçəkən əşyaları arasında 1988-ci ildə Bellville Sassoon tərəfindən dizayn edilmiş, xəstəxana ziyarətləri zamanı tez-tez geyindiyi üçün qayğıkeş libas adlandırılan ipək çiçəkli paltar da var. Onun qiymətinin 200-300 min dollar arasında olacağı gözlənilir. 1986-cı ildə Körfəz ölkələrinə səfəri zamanı Katherin Valker tərəfindən hazırlanan krem rəngli ipək gecə geyimi və Brus Oldfild dizaynlı, 1987-ci ildə Royal Ascot yarışlarında geyindiyi sarı çiçəkli dəst də satışa çıxarılır. Hər iki geyimin 100-300 min dollar arası qiymətləndirildiyi bildirilir.

Hərraca çıxarılan digər əşyalar arasında 1995-ci ildə Fransa keçmiş birinci xanımı Bernadette Şirak tərəfindən Dianaya hədiyyə edilmiş Dior çantası, 1981-ci ildəki toy libasının eskizi və həmin paltardan qalan tül parçalar da yer alır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 İyun 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri