Geyindiyi corabları 12 min dollara /span> satmaq istəyən blogerə cinayət işi açıldı
Icma.az bildirir, Lent az portalına istinadən.
Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi geyindiyi corablarını satışa çıxarıb əldə edəcəyi gəliri dövlət himayəsindəki uşaqlara bağışlayacağını bildirən sosial şəbəkə fenomeni Ersan Diamond barəsində şikayət verib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, fenomenin futbol oyununda geyindiyi corabları 12 min dollara satışa çıxardığını və gəliri uşaqlara bağışlayacağını açıqlaması ictimai müzakirələrə səbəb olub.
Nazirliyin yaydığı açıqlamada dövlət himayəsindəki uşaqların işlənmiş corabların satışından əldə ediləcək gəlirlə əlaqələndirilməsinin və bu prosesin nazirliyin rəsmi sosial şəbəkə hesabları işarələnərək nümayiş etdirilməsinin qəbuledilməz olduğu bildirilib.
Qurum paylaşımın Türkiyə Cinayət Məcəlləsinin 301.1-ci maddəsi - Türkiyə Respublikasını açıq şəkildə alçaltma maddəsi üzrə qiymətləndirilməsi xahişi ilə hüquq-mühafizə orqanlarına müraciət edib. Nazirlik, həmçinin, məzmunun silinməsini və ona girişin məhdudlaşdırılmasını istəyib.
Baxış sayı:103
Bu xəbər 05 Noyabr 2026 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















