Fənərbağça Liverpul matçında geyindiyi corabları 10 min dollara satdı
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Türkiyədə Fənərbağça-Liverpul matçında geyindiyi corabları 10 min dollara satdığını açıqlayan məşhur iş adamı Ersan Gülməz barəsində cinayət işi üzrə araşdırma aparılması üçün rəsmi müraciət edilib.
Milli.Az musavat.com-a istinadən bildirir ki, sosial şəbəkələrdə "Ersan Diamond" adı ilə tanınan zərgərlik biznesi sahibi Fənərbağçanın Liverpulu 3:2 hesabı ilə məğlub etdiyi qarşılaşmanı tribunadan izləyərkən geyindiyi corabları uğur gətirən əşya kimi təqdim edib.
Gülməz corabları 10 min dollara satdığını, əldə edilən vəsaiti isə dövlət himayəsində olan uşaqlara bağışlayacağını bildirib. O, sonradan 500 min türk lirəsi məbləğində ianə köçürüləcəyini açıqlayıb.
Lakin bu addım Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin sərt reaksiyasına səbəb olub.
Nazirlik dövlət himayəsindəki uşaqların istifadə olunmuş corabların satışından əldə edilən gəlirlə əlaqələndirilməsini qəbuledilməz hesab edib.
Bununla əlaqədar Gülməz barəsində Türkiyə Cinayət Məcəlləsinin 301/1-ci maddəsi - "Türkiyə Cümhuriyyəti dövlətini açıq şəkildə aşağılama" ittihamı üzrə cinayət araşdırması aparılması üçün şikayət verilib.
Qanunvericiliyə əsasən, həmin maddə üzrə təqsiri sübuta yetirilən şəxsləri 6 aydan 2 ilədək həbs cəzası gözləyə bilər.
Nazirlik Gülməzin paylaşdığı ianə qəbzində göstərilən fondun dövlət qurumu olmadığını, müstəqil qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərdiyini də açıqlayıb.
Bundan başqa, qalmaqallı sosial şəbəkə paylaşımının silinməsi və ona girişin məhdudlaşdırılması tələb olunub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 06 Noyabr 2026 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















