Icma.az
close
up
RU
Ginekoloq: Doğuş zamanı ana ölümlərinin səbəbləri müxtəlifdir

Ginekoloq: Doğuş zamanı ana ölümlərinin səbəbləri müxtəlifdir

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Aprelin 23-də saat 00:05 radələrində 1989-cu il təvəllüdlü şəxs 40 həftə 3 gün hamiləliklə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Bu barədə APA-nın cənub bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Məlumata görə, zəruri tibbi müayinələr aparılıb, doğuşun konservativ-gözləyici taktika ilə aparılması qərara alınıb. Saat 03:00 radələrində hamilənin səhhətində qəfləti pisləşmə müşahidə olunub və aparılan zəruri reanimasiya tədbirlərinə baxmayaraq, saat 03:26-da ölüm faktı qeydə alınıb.

Hazırda ölümün ilkin səbəbinin müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdırmalar aparılır.



Cərrah-ginekoloq Fəxranə Hüseynzadə Sherg.az-a bildirib ki, doğuş zamanı ölüm halları nadir də olsa mümkündür: 


“Səhiyyə sistemi inkişaf etdikcə ana ölümlərində azalmalar var. Ümumiyyətlə ana ölümlərinin səbəbləri müxtəlifdir. Məsələn, bölgələrdə əsasən keysəriyyə zamanı qanama nəzarəti doğru aparılmadığı halda ölüm halları baş verə bilər. Həmçinin əməliyyat sonrası qanamalar ola bilər ki, bu da normal bir haldır. Digər tərəfdən ana ölümləri kompleksion doğru hesablanmadıqda, personal çatışmazlığı və ya personalların düzgün dərs almaması ilə bağlı da ola bilər.  Təbii doğuş zamanı qanama olur və biz buna atania deyirik. Bunu səbəbi uşaqlığın yığılmamasıdır. Bu zaman məcbur çalışırıq ki, uşaqlığa dərmanlar, masaj və ilkin yardımla köməklik edək".


Həkim əlavə edib ki, ölüm halları hamilənin öncədən olan xəstəliklərinə, ürək probleminə, qan laxtalanmasındakı pozğunluqlarla da bağlı ola bilər:

"Əvvəlki keysəriyyədən sonra çapığın yırtılması vaxtından əvvəl doğuş əmələ gətirir və xəstə xəstəxanaya yetişə bilmir. Bu zaman əvvəlki çapığın yeri partladığı üçün ana və dölün ölümü baş verir. Bölgələrdə səhiyyə sistemində, strukturda və işçilərdə çatışmazlıqlar var.  Problemi olmayan normal hamilələr belə doqquz ay ərzində 5-6 dəfə ginekoloq müayinəsindən keçməlidirlər. Onu artıq həkim olaraq özümüz hamilələrə deyirik. Çox vaxt problemi olan hamilələrə müayinə üçün gün təyin edirik və onlar vaxtında getmədiyi üçün problemlər yaşanır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Aprel 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri