Icma.az
close
up
RU
Ana və ya körpə ölümlərinin SƏBƏBLƏRİ

Ana və ya körpə ölümlərinin SƏBƏBLƏRİ

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Övlad dünyaya gətirən hər bir ana böyük risklərlə üz-üzə qalır. Dünyada minlərlə ana və körpə doğuş zamanı və ya doğuşdan sonra həyatını itirir. Bu faciələrin səbəblərinə vaxtında tibbi müdaxilənin olmaması, səhiyyə sistemindəki boşluqlar, qan çatışmazlığı, infeksiyalar və yüksək riskli hamiləliklər aid edilir. Ginekoloqlar xəbərdarlıq edir ki, vaxtında aparılan yoxlamalar, peşəkar və düzgün həkim nəzarəti və doğuş planlaması həm ananın, həm də körpənin həyatını risklərdən azad edə bilər.

Həkim, mama-ginekoloq Suğra Məmmədova Modern.az-a bildirib ki, doğum zamanı ana ölümlərinin baş vermə səbəbləri içində ilk yerdə qanaxmalar dayanır.

“Qanaxma doğuşdan əvvəl (normal və ya aşağıda yerləşmiş ciftin vaxtından əvvəl ayrılması) və ya uşaq doğulduqdan sonra uşaqlıq əzələsinin yığılmaması səbəbindən (atoniya) olur. Ciftin uşaglıq divarına dərin yapışması (qopmaması), qanın laxtalanma sisteminin pozulması, tromboemboliya və s. faktorlar da ana ölümünə səbəb ola bilər”.

Həkim deyib ki, qanaxmanın və ya tromboemboliyanın əvvəlcədən qarşısını alacaq heç bir müalicə metodu yoxdur (bəzi risk qrupu xəstələrinə kleksan - qan durulaşdırıcı təyin olunmasına baxmayaraq tromboemboliya ola bilər) .

Vaxtında və professional yardımı bacaran, təcrübəli həkim olarsa, qanaxmanı saxlamaq üçün bütün tədbirləri edər, lazım gələrsə, 3-5 dəqiqə müddətində qarın boşluğunu açıb art uterinlərə sıxac qoymağı, bir çox tədbirlər görməyi, qanaxma dayanmazsa uşaglığı çıxartmağı bacarmalıdır”.

O qeyd edib ki, buna görə də həkim seçiminə diqqət etmək lazımdır.

“Doğuşu cərrahiyyəni bacaran təcrübəli həkimlərə etibar etmək məsləhətdir. Doğuş prosesi çox vaxt gecələr olduğu üçün yardım briqadasını vaxtında və bir neçə saat əvvəldən yığmaq lazımdır”.

Müsahibimiz deyib ki, körpə ölümü səbəblərinə erkən doğumlar, hipoksiya, göbək ciyəsinin dölün boynuna dəfələrlə dolanması (göbək ciyəsi qısa olarsa təhlükə daha çox), bətndaxili pnevmoniya, doğum dövrünün uzanması, döl başının eyni nöqtədə uzun müddət qalıb əzilməsi, dölün qüsurları və s. ola bilər. Vaxtında müayinə, müalicə və doğuşa yardımın düzgün təşkili bu fəsadların bir çoxunu önləməyə şərait yaradır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://news24.az
archiveBu xəbər 29 Aprel 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri