Icma.az
close
up
RU
Gizlədilmiş üç vaqon qızılın yerini müəyyən ediblər

Gizlədilmiş üç vaqon qızılın yerini müəyyən ediblər

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Nasist Almaniyası tərəfindən oğurlanmış qiymətli artefaktların axtarışı bu gün də davam edir. Növbəti tapıntı isə sirli "qızıl qatar" olub.
Reyting.az
bildirir ki, anonimliyini saxlayan bir mənbə Polşada nasistlərə məxsus olan, içərisinə qızıl doldurulduğu iddia edilən köhnə qatarın tapılması barədə məlumat verib.
"New York Post" qəzeti yazır ki, Polşanın hüquq-mühafizə orqanları, eləcə də yerli bələdiyyə Valbrziç yaxınlığındakı köhnə tuneldə uzun illər gizli qalan üç vaqonun yerini göstərən məktub alıblar.
Valbrziç şəhər bələdiyyəsinin mətbuat katibi Kamila Sverçinska deyib ki, hər vaqonun uzunluğu təxminən 12 metr, eni 4 metr və eyni zamanda hündürlüyü də 4 metrdir.

Faşist vaqonlarının polad istehkamların arxasında olduğu bildirilir.
Məktubda coğrafi koordinatlar, tunelin yerini göstərən ərazinin təsviri, xəritə ilə bərabər, İkinci Dünya Müharibəsi zamanı Valbrziçdə yaşadığı iddia edilən bir yerli şəxsin şahid ifadəsi də öz əksini tapıb.
Dövlət qurumlarının təmsilçiləri ehtimal edirlər ki, müharibənin son aylarında Vrotslavdakı nasist məmurları talan edilmiş qiymətli əşyaların hamısını irəliləyən sovet qoşunlarının əlindən xilas etmək üçün qatara yükləyiblər.
Polşalı məmurlar itkin düşən bu qatarda məşhur Kəhrəba otağından oğurlanmış qiymətsiz xəzinələrin ola biləcəyini də düşünürlər.
İddialara görə, zirehli qatar Vroslavı tam maneəsiz tərk edə bilsə də, nasistlərin müqaviməti zəiflədiyinə və şiddətlənən müharibə səbəbindən bu gizli missiyanı yerinə yetirmək məqsədilə ayrılan hərbçilər Valbrziçə çata bilməyiblər. Məhz bu səbəbdən hitlerçilər vaqonları iki şəhər arasındakı tuneldə gizlədiblər.
Polşalı səlahiyyətlilər hazırda belə bir mövzuda tələsik addım atmağın əleyhinə olduqlarını bildiriblər. Valbrziç administrasiyasının nümayəndələri isə deyiblər ki, məktubun müəllifi əməliyyat-axtarış tədbirlərinin aparılmasına icazə almaq üçün müraciət etməyib.
Oqtay QORÇU
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://reyting.az
archiveBu xəbər 16 May 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri