Icma.az
close
up
RU
Gizli məqamlar: Ölkədə pensiya yaşı niyə artırılır?

Gizli məqamlar: Ölkədə pensiya yaşı niyə artırılır?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Son vaxtlar ən çox müzakirə olunan mövzulardan biri pensiya ilə bağlıdır.

Belə ki, pensiya yaşı, pensiya kapitalı, ölən şəxsin pensiyasının varisə ötürülməsi kimi məsələlər aktual məslələrdən birinə çevrilib.

Bu bir faktdır ki, vətəndaşların bir çoxu mövcud pensiya yaşından narazıdır. Pensiya kapitalı da davamlı olaraq artırılır. Eləcə də vətəndaşlar minimum pensiyanın azlığından şikayətlənirlər. Son vaxtlar isə pensiya yaşının artırılacağı, təxminən 70 yaş həddi müəyyənləşəcəyi ilə fikirlər səslənir. Onu da qeyd edək ki, bir sıra xarici ölkələrdə vətəndaşlar pensiyaya daha tez çıxmağa can atırlar və bu da ondan irəli gəlir ki, yüksək pensiya ilə təmin olunurlar.

Bizdə isə əksinə, pensiya məbləği onu qane etmədiyindən vətəndaş pensiya almaqla yanaşı çalışmağa da üstünlük verir ki, iki gəlirlə ailəsini dolandıra bilsin.

Maraqlıdır, pensiya yaşını artırmaqda məqsəd insanların pensiya almadan yalnız çalışmaqla qazanc əldə etməsimi nəzərdə tutulur?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov "Cebheinfo.az"-a bildirib ki, pensiya yaşının artırılması ilə bağlı kimlərsə fikir səsləndirir, ancaq hələ gündəmdə deyil:

"Ancaq aydın məsələdir ki, təxminən yaxın 5 ildə pensiya yaşı artırılacaq. Yəqin ki, dərhal 70 deyil, 66, 67 yaş müəyyənləşdirəcəklər. Bunun səbəbi nədir? Bu, ona görə edilməyəcək ki, insanlar həm pensiya alır, həm işləyib maaş alır. Xeyir, bu ona görə ediləcək ki, pul yoxdur. Bunun cavabı çox sadədir. Əhali pensiyanı Dövlət Sosial Müdafiə Fondundan (DSMF) alır. 

DSMF-yə də pul bizim işlədiyimiz dövrdə əməkhaqqından məcburi sosial müdafiə haqqı tutulur. Bunun hesabına da bizim pensiya kapitalımız olur. Bu pensiya kapitalımız virtualdır. O baxımdan virtualdır ki, real olaraq orada pul yoxdur. Bizim ödədiymiz hazırda pensiya alanlara gedir.

Yəni indi pensiya alanların pulunu biz ödəyirik. Sabah da 65 yaşına çatsaq, pensiya alanda, o zaman çalışanların hesabına biz alacağıq. Hətta indi belə, bizim ödədiyimiz sosial müdafiə haqqı kifayət etmir.

Dövlər də hər il büdcədən, yəni neftdən, vergilərdən toplanan pulun bir hissəsini də DSMF-yə ödəyir ki, pensiya versin. Yəni indi belə, pul çatmır. Ancaq bundan sonra xüsusilə çatmayacaq. Birincisi, Azərbaycanda əhalinin sayı getdikcə artmır, on, iyirmi ildən sonra azalacaq. İşləyənlərin sayı az olacaq. Yəni DSMF-yə ödəniş edənlərin sayı az olacaq. 

İkincisi, Azərbaycanda elə indi də iş yerlərinin sayı azaldığından DSMF-yə ödənişlər azalacaq. Pul olmadığı üçün bizim maliyyə sektoruna nəzarət edən şəxslər, fikirləşirlər necə edək, pul yoxdur. Belə qərara gəlirlər ki, onda pensiya yaşını artırarıq, pensiyaya çıxanlar gec çıxacaq və pul artıq az lazım olacaq. 

Bəzən deyirlər ölkədə insanların orta ömür yaşı artır, mən onu proqnozlaşdırıram ki, artmır, əksinə azalacaq. Çünki insanların gəliri azalır, tibbi xidmətlərin də səviyyəsi yaxşı deyil. Bununla belə, insanlar gedib tibbi müayinədən keçmək, dərman almaq da problemə çevrilib və bu baxımdan da insanların ömrü  də çox olmayacaq. 

Hətta bir çoxları heç pensiya yaşına gəlib çatmayacaq. Bu problemi həll etmək istəyirlər ki, pensiyaya çıxanlar az olsun, DSMF-yə də əlavə pul tapmaq lazım olmasın. Bu halda dövlət DSMF-yə pul verməyəcək.

Deyəcək ki, "nə yığırsan onu ver". Nəinki insanlar pensiya yaşına çatmayacaq, eləcə də pensiyaya çıxandan sonra cəmi 1-2 il yaşayacaq. Yəni pensiya yaşı ilə bağlı  reallıq budur. Hökumət xərclərini azaltmaq istəmir. Eyni zamanda insanları işlə təmin etmək istəmirlər".

Nigar Abdullayeva
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:38
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Noyabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see227

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see172

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see161

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see155

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see154

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see139

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see139

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see136

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see135

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see134

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri