Icma.az
close
up
RU
Ölkədə pensiya yaşı 60 a SALINIR?

Ölkədə pensiya yaşı 60 a SALINIR?

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda aktual məsələlərdən biri olan pensiya sistemi ilə bağlı müzakirələr davam edir.

Belə ki, sosial şəbəkələrdə vətəndaşlar müzakirə zamanı pensiya sistemində problemlərin olduğunu mövcudluğu və bu istiqamətdə müxtəlif dəyişikliklərə ehtiyac olduğunu qeyd edirlər. 
Əsasən pensiya yaşı, pensiya kapitalı, pensiyanın varisə ötürülməsi kimi məsələlər daha çox müzakirə mövzusuna çevrilsə də, bu istiqamətdə heç bir dəyişiklik müşahidə edilmir. Hazırda Azərbaycanda pensiya yaşı həm kişilər, həm də qadınlar üçün 65 təşkil edir. 
Rusiyada kişilər 65, qadınlar 60 yaş, Ermənistanda kişilər və qadınlar 63 yaş, Qazaxıstanda kişilər 63, qadınlar 61, Belarus, Qırğızıstan və Tacikistanda kişilər 63, qadınlar 58 yaş, Türkmənistanda kişilər 62, qadınlar 57, Özbəkistanda isə kişilər 60 , qadınlar 55 yaşda pensiyaya çıxırlar. 
Azərbaycanda hazırkı pensiya yaşını əsasən orta ömür uzunluğu ilə əlaqələndirirlər. Son rəsmi məlumatlara görə, ölkədə gözlənilən orta ömür uzunluğu təqribən 74,6 - 76,9 il arasındadır. Son 14 ildə bu göstərici 70-dən 74-ə yüksəlib. Yəni bu, rəsmi rəqəmlərdə belədir. 

Əslində isə son illər insanların orta ömür uzunluğunun daha qısa olduğu müşahidə edilir ki, bu da insanların daha az müddətdə pensiya aldığını göstərir. Əgər 1990-cı ildə 65-69 yaş arasında 3241 nəfər vəfat edibsə, 2024-cü ildə həmin yaşlarda 8471 nəfər vəfat edib. Statistikadan göründüyü kimi, 8 mindən artıq vətəndaş cəmi bir neçə ay və ya il pensiya ala bilib. 

Pensiya yaşının artırılmasının uzunömürlülüklə əlaqələndirilməsi nə dərəcədə doğrudur? Digər tərəfdən, bir sıra ölkələrdə vətəndaşlar pensiyaya çıxmaqda maraqlı olduğu halda, ölkəmizdə pensiya yaşının artırılmasına baxmayaraq, vətəndaşlar çalışmaqda niyə maraqlıdır? 
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov "Cümhuriyət"ə 2017-ci ildə "Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişiklik nəticəsində Azərbaycanda pensiya sistemi və onun əlçatanlığı, təşviqediciliyi əhəmiyyətli dərəcədə zəiflədiyi bildirib.
"Nəticədə pensiyaçıların sayında ciddi azalmalar baş verir. Belə ki, təxminən ötən 9-10 il ərzində 1 milyon 330 min nəfərdən 1 milyon 100 min nəfərə qədər azaldı. 
Eyni zamanda, pensiya hüququnun əldə edilməsi ilə bağlı ortaya qoyulan mexanizmlər, minimum pensiya kapitalı, minimum sığorta stajı tələbləri, mövcud əmək bazarı, iqtisadiyyat və eləcə də bu konyunkturada formalaşan faktorlarla uzlaşmır. 
Təbii ki, həmin dövrdə pensiya sisteminə dəyişikliklərdə əsas məqsəd əmək pensiyaları sistemində xərclər və gəlirlərin optimallaşdırılması istiqamətində müəyyən bir nəticə əldə etmək idi. 
Çünki dövlət büdcəsindən transfer hesabına Dövlət Sosial Müdafiə Fondunun xərcləri əhəmiyyətli səviyyədə ödənirdi. Burada problem əslində əmək bazarı və iqtisadiyyatdan qaynaqlanır. 
Belə ki, əmək bazarının zəif olması, qeyri-formal əmək bazarının geniş yayılması, mövcud pensiya sisteminin gəlirlərinin az olmasını şərtləndirdiyi halda fokuslanma daha çox xərcləri optimallaşdırmaq və beləliklə pensiya əlçatanlığını azaltmaq istiqamətində yönəldi. 
Bu yollardan biri də pensiya yaşının artırılmasıdır ki, buna gedildi. Ümumiyyətlə, dünya təcrübəsində demoqrafik strukturun dəyişməsi, əhalinin təbii artım sürətinin aşağı düşməsi, orta ömrün artması, əmək bazarında şərtlərin dəyişməsi, fiziki əməyə tələbin aşağı düşməsi, zehni əməyin daha önə çıxması və digər faktorlar nəticəsində mərhələli şəkildə pensiya yaşının artması ilə bağlı prosesi görürük. 
Ancaq eyni zamanda məsələ ondan ibarətdir ki, dünya ortalamasında pensiya yaşı ilə orta ömür yaşı arasında təxminən 14-14,5 il vardı. Azərbaycanda isə bu, ən yaxşı halda 9 ildir. Yəni dünya ortalamasından belə aşağıdır. İnkişaf etmiş ölkələrin təcrübələrində, hətta orta ömürlə pensiya yaşı arasında 20-22 ilə qədər fərq yaranır ki, Azərbaycanda bu göstərici aşağıdır". 
Bu, onu deməyə əsas verir ki, pensiya yaşının 65 yaşa çatdırılması doğru yanaşma deyildi. Təxminən Azərbaycanda bu göstəricinin mövcud şərtlər daxilində 60-63 yaş arasında dəyişsə, daha doğru olardı". 
İnsanların pensiyaya çıxmaq istəməməsi məsələsinə gəldikdə isə iqtisadçının fikrincə, bu doğru deyil: 
"Dünyanın hər yerində zehni əməklə məşğul olan, daha yüksək gəlirli sahələrdə fəaliyyət göstərən sosial qrupların pensiyaya çıxmaqla bağlı müəyyən tərəddüdləri olur. Eyni zamanda, bir sıra fəaliyyət sahələri var ki, onlarda insanlar, ümumiyyətlə, pensiyaya çıxmırlar. 
Məsələn, yaradıcılıq, yazıçılıq, sənətkarlıq, akademik, səhiyyə xidmətləri ilə bağlı fəaliyyətlər 10 illərlə formalaşmış təcrübənin birdən-birə kəsilib atılması ilə hətta iqtisadiyyata, sosial sistemə də ciddi zərərlər formalaşdırır ki, bu olmur. 
Digər tərəfdən, bəzi insanlar var ki, həqiqətən də təbiət, xüsusiyyət olaraq işləməyə meyillidirlər. Onlar passiv həyat tərzini xoşlamırlar. Burada müxtəlif faktorlar var. Azərbaycanda da bir sıra hallarda vətəndaşlar pensiyaya çıxdıqdan sonra 300-500 manat pensiya alacaqlar. 
Ancaq işlədikləri yerdə 1500 manat əməkhaqqı alırlarsa, mümkün qədər bundan çəkinməyə çalışırlar. Bu seçimləri etməkdə tərəddüd edirlər ki, bu da təbiidir. 
Azərbaycanda pensiya təminatı sisteminin zəifliyi, pensiya məbləğinin aşağı olması bu istiqamətdə insanları daha çətin seçim qarşısında qoyur. 
Məsələn, 40 il müəllim işləmiş şəxs 300-330 manatla pensiya hüququ əldə edirsə, təbii ki, bu onun vəziyyətlə razılaşmasında müəyyən bir çətinliklərin olmasının səbəblərindən biridir".

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 02 May 2026 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see380

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see255

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see210

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see205

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see199

Tarqovı da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı FOTO VİDEO

14 Avqust 2026 19:40see187

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see174

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see174

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see174

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see170

Lalə Məmmədova: “Öz dərdim bəsimdir”

14 Avqust 2026 14:44see170

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see169

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see169

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see168

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see167

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see167

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see167

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see165

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see160

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri