Icma.az
close
up
RU
Gizli şəbəkənin ÇÖKÜŞÜ: Mehdiyev Kərimli əməkdaşlığı ilə bağlı yeni DETALLAR

Gizli şəbəkənin ÇÖKÜŞÜ: Mehdiyev Kərimli əməkdaşlığı ilə bağlı yeni DETALLAR

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Xalq Cəbhəsi ötən əsrin sonunda, SSRİ-nin dağılması, 1990-ci illərin əvvəllərindəki hərc-mərclik dövründə ortaya çıxıb, hakimiyyətə gəldi. AXC-nin bir illik hakimiyyəti ölkəmiz üçün bir sıra fəlakətlərlə nəticələndi.

Moderator.az Bizim.media-ya istinadən xəbər verir ki, AXC-nin bazasında, onun şinelindən çıxanlarla yaranan AXCP sonradan dəfələrlə simasını dəyişdi, fərqli siyasi mövqelər nümayiş etdirdi. Bütün bunların nəticəsidir ki, hazırda AXCP radikalizm, qarşıdurma və destruktiv davranışlarla assosiasiya olunur.

Bu deqradasiyanın mərkəzində isə illərdir AXCP-yə rəhbərlik edən Əli Kərimli dayanır. Onun şəxsi ambisiyaları, şübhəli bağlantıları və manipulyativ siyasi xətti destruktiv mərkəz formalaşdırıb və təşkilatın cəmiyyətdə təhlükəli qarşıdurma tendensiyasının ideoloji dayağına çevrilməsinə səbəb olub.

AXCP-də siyasi eroziyanın anatomiyası

AXCP-də uzun illərdir müşahidə olunan deqradasiya təsadüfi deyil. Bu, Ramiz Mehdiyevin tapşırıqları ilə Əli Kərimlinin yaratdığı idarəetmə sisteminin təbii nəticəsidir: ona qarşı çıxanlar partiyadan uzaqlaşdırıldı, yerini getdikcə daha emosional, radikal və qarşıdurma düşüncəsinə meylli kadrlar toplandı. Nəticədə AXCP dar çevrənin emosional impulslarla yönləndirdiyi qruplaşmaya çevrildi.

AXCP-nin siyasi strategiyası da radikallaşdı, cəmiyyəti dövlətə qarşı qaldırmağa çalışan struktur formalaşdı. Sosial şəbəkələrdə trollar vasitəsilə isterik tonun hakim olduğu kampaniyalar aparıldı, bəzi çağırışlar isə açıq şəkildə radikal qrupların ritorikasını xatırlatdı. Bu davranışlar artıq sırf müxalif mövqe deyildi - dövlətçiliyi hədəf alan ardıcıl fəaliyyətə çevrilmişdi.

AXCP-Ramiz Mehdiyev xətti: Siyasi əməkdaşlığın illərlə gizlədilən izi

29 noyabrda aparılan bəlli axtarışlar və ardınca irəli sürülən ittihamlar uzun illərin şübhələrini fakta çevirdi. Hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham olunan Əli Kərimlinin evində axtarış zamanı üzə çıxan materiallar - çevriliş planının ilkin variantı - bu şəbəkənin təsadüfi təşəbbüs olmadığını, planlı struktur kimi fəaliyyət göstərdiyini ortaya qoydu.

Bu prosesin kökləri isə daha əvvələ gedir. 2010-cu illərin əvvəlində Rusiyada "Milyarderlər İttifaqı", Bakıda isə müvafiq şəkildə "Milli Şura" yaradılmışdı. Hər iki struktur bir-birini tamamlayan siyasi mexanizmə çevrildi və bu həlqələrin kəsişdiyi nöqtədə Əli Kərimli, Cəmil Həsənli və Gültəkin Hacıbəyli ön plana çıxarıldı. Sonradan məlum oldu ki, bütün bu proseslər birbaşa Ramiz Mehdiyevin siyasi planlamasından ibarət imiş...

Mitinq şoularının pərdəarxası

AXCP-nin 2011-2019-cu illərdə təşkil etdiyi aksiyalar heç vaxt real siyasi prosesin tərkib hissəsi olmayıb. Onların əsas məqsədi təsir mexanizmi yaratmaq deyil, ölkə daxilində süni gərginlik fonu formalaşdırmaq idi. Bu aksiyalar təsadüfi məqamlarda yox, daha çox beynəlxalq tədbirlər ərəfəsində, Prezidentin xarici səfərləri öncəsi və ölkə daxilində mühüm proseslər baş verən dövrlərdə həyata keçirilirdi.

Məqsəd siyasi gündəmi dəyişmək, ölkə barədə manipulyativ təsir yaratmaq idi. Bu taktika illər boyu Ramiz Mehdiyevin siyasi kulislərdə qurduğu planın bir parçası olaraq gündəmdə saxlanıldı. Mehdiyev bu variantla özünü "hakimiyyəti qoruyan fiqur" kimi təqdim etməyə çalışırdı.

"Milli Şura"nın bu prosesdən qazancı isə "Milyarderlər İttifaqı" və Mehdiyevdən gələn vəsaitlər idi. Həmin vəsaitlərin yalnız bir hissəsi iğtişaşlara cəlb edilən şəxslərə verilib. Qalan pullar isə "Milli Şura" liderlərinin - Əli Kərimlinin, Gültəkin Hacıbəylinin ciblərinə gedib.

AXCP-nin bağlanması - təhlükəsizlik müstəvisində yeni mərhələ

Bu gün artıq AXCP-nin fəaliyyəti sadəcə siyasi qarşıdurma predmeti deyil. Aparılan istintaqın gedişi göstərir ki, məsələ fərdi siyasətçilərin davranışı ilə məhdudlaşmır; söhbət dövlətçilik modelini sarsıtmağa yönəlmiş daha geniş və uzunmüddətli şəbəkədən gedir.

Partiyanın izlə­diyi xətt, istər çevriliş planları, istərsə də xarici siyasi mərkəzlərlə paralel hərəkət etməsi, onu müxalif qüvvədən çox kənardan idarə olunan ideoloji alətə çevirib. AXCP-nin ictimai rəyi manipulyasiya edən isterik siyasi mühiti formalaşdırması, cəmiyyət daxilində qarşıdurmanı qızışdırmağa çalışması, təhlükəli ritorika sərgiləməsi artıq onun gələcək fəaliyyətinin nə ilə nəticələnəcəyinə dair ciddi siqnallar verir.

Belə şəraitdə partiyanın siyasi meydanda daha əvvəlki kimi mövcudluğu təkcə institusional problem yaratmır; ölkənin daxili sabitliyi, ideoloji təhlükəsizliyi və milli birliyi üçün real risk faktoruna çevrilir. Məhz buna görə də AXCP-nin bağlanması məsələsi sırf siyasi qərar kimi deyil, dövlətin özünü müdafiə instinktindən doğan zəruri addım kimi gündəmə gəlir. Burada əsas məqsəd hər hansı qurumu cəzalandırmaq deyil, dövlətçiliyi sarsıtmağa yönəlmiş destruktiv fəaliyyətlərin qarşısını vaxtında almaq və ölkənin təhlükəsizlik arxitekturasını möhkəmləndirməkdir.

Gizli şəbəkənin süqutu və yeni mərhələnin tələbləri

Ramiz Mehdiyev və Əli Kərimli tərəfindən illərlə paralel şəkildə qurulan gizli siyasi şəbəkənin çökdürülməsi Azərbaycan üçün yeni mərhələnin başlanğıcıdır. Baş fiqurların həbsi, şəbəkənin strukturlarının ifşası ölkənin siyasi sistemində illərdir davam edən kölgə mexanizmlərinin artıq davam edə bilməyəcəyini göstərdi. Lakin təhlükənin tam aradan qalxdığını demək hələ tezdir - çünki bu şəbəkənin daşıyıcısı olan AXCP fəaliyyətini davam etdirdiyi müddətdə hər an yeni risklər ortaya çıxa bilər.

Müasir dövrün tələbi aydındır: dövlət öz təhlükəsizliyini yalnız reaksiya verən deyil, həm də preventiv siyasətlə təmin etməlidir. Cəmiyyəti parçalamağa, dövlət idarəetməsinə təsir göstərməyə, ideoloji sabitliyi pozmağa çalışan radikal təşəbbüslər vaxtında zərərsizləşdirilməsə, onlar qısa müddətdə genişlənə və xarici dairələrin təsir rıçaqlarına çevrilə bilər.

Ona görə də bu günədək gizli şəkildə mövqe strukturlaşmış destruktiv qrupların fəaliyyət meydanı daraldılmalı, dövlət idarəçiliyinin bütün səviyyələrində müdafiə mexanizmləri çevik və dayanıqlı şəkildə işləməlidir.

Bu mənzərə fonunda AXCP-nin bağlanması təkcə hüquqi bir prosedur kimi yox, milli təhlükəsizliyin məntiqi nəticəsi kimi gündəmə gəlir. Söhbət bir partiyanın taleyindən deyil, cəmiyyətin bütövlüyündən, dövlətin ideoloji dayaqlarından, ölkənin gələcək siyasi sabitliyindən gedir. Azərbaycan bu gün yeni siyasi reallığa qədəm qoyur və bu, radikal şəbəkələrin hədəfinə çevrilmiş dövlətçilik modelinin daha ciddi şəkildə qorunmasını tələb edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Dekabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri