Icma.az
close
up
RU
Partiya sədri: “Əli Kərimli Ramiz Mehdiyev əməkdaşlığı 20 il əvvələ söykənir”

Partiya sədri: “Əli Kərimli Ramiz Mehdiyev əməkdaşlığı 20 il əvvələ söykənir”

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Əli Kərimli ilə Ramiz Mehdiyev arasındakı əməkdaşlığın geniş miqyas alması 20 il bundan əvvələ söykənir”. 

Bu sözləri Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib. 

O bildirib ki, Ramiz Mehdiyev isti kabinetdə gizli şəkildə, Əli Kərimli isə küçələrdə və sosial şəbəkələrdə açıq formada Azərbaycan dövlətçiliyinə qarşı birgə fəaliyyətlərini uzun zaman kəsiyində davam etdiriblər: 

“Bu gün Əli Kərimlinin müdafiəçiləri arqument gətirmədən, sadəcə olaraq “bu mümkünsüzdür” deyərək onun saxta ifadələrinə söykənərək bu əməkdaşlığı inkar etməyə çalışırlar. Lakin bir həqiqətdir ki, AXCP liderini bütün siyasi fəaliyyəti ölkədə anarxiya yaratmaq, sabitliyi pozmaq və qarşıya qoyduğumuz hədəflərə çatmağımıza imkan verməməyə hesablanıb. Onun bu yolda Mehdiyevlə bərabər şəkildə fəaliyyət göstərməsi birmənalı idi”. 

Siyasətçi diqqətə çatdırıb ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Əli Kərimli və onun ətrafı ilə bağlı aparmış olduğu əməliyyat gözlənilən idi: 

“Ramiz Mehdiyevin 50 nəfərlik “Dövlət Şurası” siyahısında müxalifətin təmsilçiləri olaraq Əli Kərimlinin və onun ən yaxın adamlarının olduğuna şübhə etmirəm. Hər halda, istintaq ciddi şəkildə davam edir. Ramiz Mehdiyevin xəyanətinin içərisində yer alan hər kəs istintaqa cəlb olunacaq. 

Əminəm ki, yeni simaların da istintaqa cəlb olunmasına şahid ola biləcəyik. Məncə, Əli Kərimli ilə yanaşı, Gültəkin Hacıbəyli, Cəmil Həsənli və digərləri də istintaqa cəlb olunacaq. Ramiz Mehdiyevin məkrli məqsədlər güdən şəbəkəsinin üzvlərinin üzə çıxarılması davam edəcək”. 

Qeyd edək ki, Əli Kərimli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Cinayət Məcəlləsinin 278.1 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddəsi ilə şübhəli şəxs qismində tanınıb. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Əli Kərimli Fəzail Ağamalı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Dekabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri