Icma.az
close
up
RU
Global Media Group BMTnin Qlobal Sazişi ilə birgə Media üçün davamlılıq dili təlimi təşkil edib

Global Media Group BMTnin Qlobal Sazişi ilə birgə Media üçün davamlılıq dili təlimi təşkil edib

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) üçüncü günündə Yaşıl Zonada "Global Media Group" BMT-nin Qlobal Sazişi ilə imzaladığı Anlaşma Memorandumu çərçivəsində "Media üçün davamlılıq dili" mövzusunda təlim təşkil edib.

Oxu.Az xəbər verir ki, təlimin məqsədi "Global Media Group"un dayanıqlılıq sahəsində beynəlxalq platformalarda daha fəal iştirakını təmin etmək, media vasitəsilə dayanıqlı inkişafı təşviq etmək, media nümayəndələrinin davamlılıq və iqlim dəyişikliyi mövzularında daha təsirli və məlumatlandırıcı məzmun yaratmalarına dəstək olmaq, həmçinin ictimaiyyətin iqlim dəyişiklikləri, ətraf mühitin qorunması və davamlılıq məsələləri barədə daha yaxşı məlumatlanmasını təmin etmək olub.

Təlimin spikeri BMT Qlobal Sazişin Kommunikasiya rəhbəri Vinn Boelt "Global Media Group"a daxil olan media qurumlarının əməkdaşlarına özünün beynəlxalq təcrübəsini bölüşərək, iqlim dəyişiklikləri və davamlılıq mövzularında medianın məsuliyyətini vurğulayıb:

"Media ictimaiyyətin məlumatlandırılmasında, xüsusilə, iqlim problemlərinin işıqlandırılmasında mühüm rol oynayır. Media mühüm məsələləri işıqlandırmaqla cəmiyyətin məlumatlılığını artırır və daha geniş auditoriyaya təsir edərək dayanıqlı gələcək üçün kollektiv fəaliyyətə təkan verir. "Global Media Group"un bu istiqamətdə atdığı addımlar və öhdəliklər yalnız Azərbaycan üçün deyil, qlobal davamlılıq hədəflərinə çatmaq baxımından da əhəmiyyətlidir".

"Global Media Group"un İdarə heyətinin sədri Elnur Abdullayev bildirib ki, "Global Media Group"un BMT-nin Qlobal Sazişinə sadiqliyi və tərəfdaşlığı həm şirkətin, həm də onun tərkibindəki qurumların davamlı inkişafı üçün vacib bir addımdır:

"Bu təlim "Global Media Group"un davamlı inkişaf sahəsində öhdəliklərini təsdiqləyir və yaşıl gələcək uğrunda milli və beynəlxalq səviyyədə fəal rol oynamaq əzmində olduğunu göstərir. "Global Media Group" olaraq, bu istiqamətdə maarifləndirmə işlərini gücləndirməklə həm şirkət daxilində, həm də cəmiyyətdə dayanıqlı gələcəyə dair məlumatlılığı artırmağı hədəfləyirik".

Xatırladaq ki, bu il 9 oktyabrda "Global Media Group" BMT-nin Qlobal Sazişi ilə Anlaşma Memorandumu imzalayıb. Sənədə əsasən, müvafiq qurumlar dayanıqlı biznes təcrübələrinin və BMT-nin Qlobal Sazişinin 10 prinsipinin cəmiyyətdə təbliği istiqamətində birgə tədbirlər həyata keçirəcəklər.

Xanım Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Noyabr 2024 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri