Icma.az
close
up
RU
Global Media Group BMTnin Qlobal Sazişi ilə birgə Media üçün davamlılıq dili təlimi təşkil edib FOTOLAR

Global Media Group BMTnin Qlobal Sazişi ilə birgə Media üçün davamlılıq dili təlimi təşkil edib FOTOLAR

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) üçüncü günündə Yaşıl Zonada "Global Media Group" BMT-nin Qlobal Sazişi ilə imzaladığı Anlaşma Memorandumu çərçivəsində "Media üçün davamlılıq dili" mövzusunda təlim təşkil edib.
Oxu.Az xəbər verir ki, təlimin məqsədi "Global Media Group"un dayanıqlılıq sahəsində beynəlxalq platformalarda daha fəal iştirakını təmin etmək, media vasitəsilə dayanıqlı inkişafı təşviq etmək, media nümayəndələrinin davamlılıq və iqlim dəyişikliyi mövzularında daha təsirli və məlumatlandırıcı məzmun yaratmalarına dəstək olmaq, həmçinin ictimaiyyətin iqlim dəyişiklikləri, ətraf mühitin qorunması və davamlılıq məsələləri barədə daha yaxşı məlumatlanmasını təmin etmək olub.
Təlimin spikeri BMT Qlobal Sazişin Kommunikasiya rəhbəri Vinn Boelt "Global Media Group"a daxil olan media qurumlarının əməkdaşlarına özünün beynəlxalq təcrübəsini bölüşərək, iqlim dəyişiklikləri və davamlılıq mövzularında medianın məsuliyyətini vurğulayıb:
"Media ictimaiyyətin məlumatlandırılmasında, xüsusilə, iqlim problemlərinin işıqlandırılmasında mühüm rol oynayır. Media mühüm məsələləri işıqlandırmaqla cəmiyyətin məlumatlılığını artırır və daha geniş auditoriyaya təsir edərək dayanıqlı gələcək üçün kollektiv fəaliyyətə təkan verir. "Global Media Group"un bu istiqamətdə atdığı addımlar və öhdəliklər yalnız Azərbaycan üçün deyil, qlobal davamlılıq hədəflərinə çatmaq baxımından da əhəmiyyətlidir".
"Global Media Group"un İdarə heyətinin sədri Elnur Abdullayev bildirib ki, "Global Media Group"un BMT-nin Qlobal Sazişinə sadiqliyi və tərəfdaşlığı həm şirkətin, həm də onun tərkibindəki qurumların davamlı inkişafı üçün vacib bir addımdır:
"Bu təlim "Global Media Group"un davamlı inkişaf sahəsində öhdəliklərini təsdiqləyir və yaşıl gələcək uğrunda milli və beynəlxalq səviyyədə fəal rol oynamaq əzmində olduğunu göstərir. "Global Media Group" olaraq, bu istiqamətdə maarifləndirmə işlərini gücləndirməklə həm şirkət daxilində, həm də cəmiyyətdə dayanıqlı gələcəyə dair məlumatlılığı artırmağı hədəfləyirik".
Xatırladaq ki, bu il 9 oktyabrda "Global Media Group" BMT-nin Qlobal Sazişi ilə Anlaşma Memorandumu imzalayıb. Sənədə əsasən, müvafiq qurumlar dayanıqlı biznes təcrübələrinin və BMT-nin Qlobal Sazişinin 10 prinsipinin cəmiyyətdə təbliği istiqamətində birgə tədbirlər həyata keçirəcəklər.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Noyabr 2024 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri