Global Media Group un bir qrup əməkdaşı Fərdi jurnalist müsabiqəsi nin qalibi oldu
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb.
Oxu.Az Medianın İnkişafı Agentliyinin (MEDİA) məlumatına istinadən xəbər verir ki, müsabiqədə "Ən yaxşı reportaj", "Ən yaxşı ictimai-siyasi təhlil", "Ən yaxşı sosial-iqtisadi təhlil", "Ən yaxşı müsahibə", "Ən yaxşı mədəniyyət materialı", "Ən yaxşı köşə yazısı", "Ən yaxşı jurnalist araşdırması", "Ən yaxşı oçerk" nominasiyaları üzrə qaliblər müəyyənləşib.
Qaliblər arasında "Global Media Group"un tərkibində fəaliyyət göstərən media qurumlarının əməkdaşları da var.
Belə ki, "Ən yaxşı reportaj" nominasiyası üzrə "Report" İnformasiya Agentliyi əməkdaşı Aysel Aslan qızı Turan, "Ən yaxşı sosial-iqtisadi təhlil" nominasiyası üzrə Caliber.az saytının əməkdaşı Timur Xanağa oğlu Rzayev, "Ən yaxşı müsahibə" nominasiyası üzrə "Kaspi" qəzetinin əməkdaşı Aygün Əzizağa qızı Cəfərova, "Report" İnformasiya Agentliyinin əməkdaşı Səyad Mahmud qızı Həsənli, Oxu.Az saytının əməkdaşı Aləmdə Elman qızı Həsənova, "Ən yaxşı sosial-iqtisadi reportaj" nominasiyası üzrə Baku TV-nin əməkdaşı Vüsal Rövşən oğlu Lalayev, "Ən yaxşı tematik (idman, mədəniyyət və s.) reportaj)" nominasiyası üzrə Baku TV-nin əməkdaşı Emin Vaqif oğlu Tarverdiyev qalib olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 25 İyul 2025 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















