Global Media Groupun yeddi əməkdaşı MEDİAnın fərdi jurnalist müsabiqəsinin qalibi olub
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Medianın İnkişafı Agentliyi tərəfindən 29 oktyabr 2024-cü il tarixində elan olunmuş "Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb, "Global Media Group"un 7 əməkdaşı müsabiqədə qalib olub.
Müsabiqədə ən yaxşı sosial-iqtisadi təhlil nominasiyasına layiq görülənlərdən biri "Report" İnformasiya Agentliyinin əməkdaşı İlahə Firdovsi qızı Məmmədlidir.
Həmçinin ən yaxşı jurnalist araşdırması nominasiyasına layiq görülənlərdən biri Agentliyin əməkdaşı Gülər Seymur qızı Əhmədovadır.
Bundan başqa, həmçinin müsabiqədə "Global Media Group"un daha beş əməkdaşı - Ceyhun Muzahim oğlu Piriyev (BakuTV), Məhərrəm İbrahim oğlu Əliyev, Böyükxanım Aydın qızı Kərimova (Oxu.Az), Timur Xanağa oğlu Rzayev (Caliber.az), Azad Akif oğlu Əliyev (Kaspi.az) - müvafiq nominasiyalarda mükafatlara layiq görülüblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 02 Dekabr 2024 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















