“Gmail” iki faktorlu autentifikasiya üçün SMS istifadəsini dayandırır
Icma.az bildirir, Milli.az portalına istinadən.
"Google" "Gmail"də iki faktorlu autentifikasiya üçün SMS istifadəsini dayandırmağı planlaşdırır.
Milli.az xəbər verir ki, bunun əvəzinə şirkət QR kodlara keçəcək.
"Gmail" sözçüsü Ross Richendrher, bu dəyişikliyin SMS-dən sui-istifadə etmə riski səbəbindən edildiyini söyləyib. Bundan əlavə, istifadəçilərin kodları qəbul edən cihaza dərhal girişi olmaya bilər. Bu üsul təhlükəsizlik riski yarada bilər, çünki bu, hər bir operatorun öz təhlükəsizlik təcrübəsindən və fırıldaqçıların başqasına məxsus mobil nömrəni ələ keçirməsinin qarşısını almaqda onların dəstək qruplarının səyindən asılıdır.
Qeyd edək ki, dəyişiklik həyata keçirildikdən sonra, altı rəqəmli kod göndərməklə telefon nömrələrini yoxlamaq əvəzinə, istifadəçilərə smartfon kamerası ilə skan edə biləcəkləri QR kodu təqdim ediləcək. Bu yolla, istifadəçilərin kod paylaşmaq üçün aldadılması riski tamamilə aradan qaldırılacaq.
İlqar Şabanov
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 25 Fevral 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















