Icma.az
close
up
RU
“digital.login” hesablarının təhlükəsizliyi iki faktorlu autentifikasiya ilə gücləndirilib

“digital.login” hesablarının təhlükəsizliyi iki faktorlu autentifikasiya ilə gücləndirilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 8 may, AZƏRTAC

“digital.login” portalı vətəndaşların 200-dən çox dövlət informasiya sisteminə gücləndirilmiş elektron imzalar vasitəsilə təhlükəsiz və vahid girişini təmin edir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən AZƏRTAC-a bildirilib ki, portala, həmçinin şəxsiyyət vəsiqəsinin FİN kodu ilə daxil olmaq mümkündür. Bu giriş üsulunda aktivləşdirilmiş iki faktorlu autentifikasiya vətəndaşın öz hesabına girişlərini daha da təhlükəsiz edir. Belə ki, funksiyanın başlıca üstünlüyü “digital.login”ə FİN kodla daxil olan istifadəçinin hesabını kiberhücumlardan qoruyaraq əlavə təhlükəsizlik qatı ilə təmin etməsidir.

Bu funksiyanı aktivləşdirməklə vətəndaş “digital.login” hesabına birdəfəlik kod (OTP kodu) vasitəsilə yalnız özü daxil ola bilir. İki faktorlu təsdiqləmə hesab girişlərinə tam nəzarəti təmin edir və qanunsuz müdaxilələrin qarşısını alır. Fişinq hücumları zamanı parol oğurlansa belə, ikinci təsdiqləmə kodu hesabın ələ keçirilmə təhlükəsini minimuma endirir və hesabı effektiv şəkildə qoruyur.

İki faktorlu təsdiqləməni aşağıdakı kimi aktiv etmək mümkündür: Vətəndaş mobil cihazına "Google Authenticator" və ya "Microsoft Authenticator" tətbiqlərindən birini quraşdırır. Daha sonra “digital.login” hesabına FİN kodla daxil olur və şəxsi kabinetə keçid edir, “Təhlükəsizlik” bölməsini klikləyir və “İki faktorlu autentifikasiya” altbölməsini açır. Cihazına yüklədiyi tətbiqlə veb-səhifədəki QR kodu oxudur və bununla da vətəndaşın “digital.login” hesabında iki faktorlu təsdiqləmə aktivləşir.

Təsdiqləmənin aktivləşdirilməsi ilə bağlı tez-tez verilən sual və cavablar digital.login.gov.az və İRİA-nın YouTube kanalında yer alır.

Qeyd edək ki, bəzi vətəndaşların öz “digital.login” hesablarına əvvəllər FİN kodla, indi isə əksər hallarda “SİMA İmza” ilə daxilolmasına baxmayaraq, FİN kodla olan giriş üsulu yenə də aktiv qalır. Bu, hesabın təhlükəsizliyi baxımından müəyyən risklər yarada bilər. İstənilən halda hesabın təhlükəsizliyini təmin etmək üçün iki faktorlu autentifikasiyanın aktivləşdirilməsi məqsədəuyğundur. Bununla yanaşı, vətəndaşlara öz hesablarına daha təkmil təhlükəsizlik mexanizminə malik olan “SİMA İmza” ilə giriş etmələri tövsiyə edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri