Icma.az
close
up
RU
Göbekli Tepe İnsanlıq tarixini yenidən yazdıran qədim abidə FOTO

Göbekli Tepe İnsanlıq tarixini yenidən yazdıran qədim abidə FOTO

Icma.az, Milli.az saytına istinadən bildirir.

İnsanlıq tarixinin ən sirli və möhtəşəm arxeoloji tapıntılarından biri hesab edilən Göbekli Tepe təxminən 11.000 il əvvələ qədər uzanan tarixi ilə alimlərin maraq mərkəzindədir.

Milli.Az xəbər verir ki, arxeoloqlar tərəfindən aşkar edilən nəhəng daş sütunlar, insanlıq tarixində bəşəriyyətin mədəni inkişaf səviyyəsinə dair bildiklərimizi kökündən dəyişməkdədir.

Qədimlik baxımından piramidaları geridə qoyur

Göbekli Tepe karbon-14 (C14) analizinə əsasən Misir piramidaları və Stonehenge-dən minlərlə il daha qədimdir. Bölgədə yerləşən bəziləri 7 metr hündürlüyə və tonlarla ağırlığa malik olan daş sütunlar, tarixdə bu qədər erkən dövrdə belə mürəkkəb strukturların inşa olunduğunu sübut edir.

Naməlum bir sivilizasiyanın izləri

Ərazidə aparılan qazıntılar bu məkanı yüksək təşkilatlanma səviyyəsinə malik, ancaq hələ də kimliyi məlum olmayan bir sivilizasiyanın inşa etdiyini göstərir. Maraqlıdır ki, nə bu xalqın adı məlumdur, nə də onların özlərinə aid yazılı izləri aşkar olunub.

Əkinçilik yox, ovçuluq mədəniyyəti

Tapıntılar Göbekli Tepe sakinlərinin əkinçilik və heyvandarlıqla məşğul olmadığını, əksinə ovçuluq və yabanı bitkilərin toplanması ilə dolandıqlarını göstərir. Tapılan toxumlar yabanı, heyvan qalıqları isə yalnız vəhşi növlərə aiddir.

Məkanın məqsədi hələ də müəmmalıdır

Göbekli Tepe nə bir yaşayış məntəqəsi, nə də klassik anlamda dini məbəd kimi qəbul edilir. Ərazidə heç bir insan qalıqlarına, tanrı fiqurlarına və ya gündəlik yaşayış izlərinə rast gəlinməyib. Eyni zamanda bölgədə su mənbəyi də mövcud deyil ki, bu da uzunmüddətli yaşayış üçün əlverişli olmadığını göstərir.

Kosmik fəlakətin izləri?

Ərazidəki ən maraqlı elementlərdən biri də sütunlara həkk olunmuş ilan fiqurlarıdır. Tədqiqatçılar bu simvolların təxminən 12.000 il əvvəl baş vermiş və Yer kürəsində böyük dəyişikliklərə səbəb olmuş kosmik bir fəlakəti simvolizə etdiyini düşünürlər. Astrofiziklərin fikrincə, həmin dövrdə Yerə çırpılan böyük bir asteroid və ya quyruqlu ulduz dörd qitədə dağıntılara səbəb olmuş və Göbekli Tepe bu hadisəyə şahidlik edən bir abidə kimi inşa edilmiş ola bilər.

Cavabsız qalan suallar:
Bu sivilizasiyanın digər şəhərləri haradadır?
Onların sosial və mədəni həyatı necə idi?
Göbekli Tepe-ni inşa edənlər haradan gəlmişdilər?

Göbekli Tepe yalnız bəşər tarixinin erkən mərhələlərini deyil, böyük kosmik fəlakətlərin izlərini də daşıyan bir sirr qutusudur. Gələcək araşdırmalar bu qədim və sirli ərazinin qaranlıqda qalan tərəflərini üzə çıxararaq, tarixə yeni baxış gətirə bilər.

Kənan
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 25 Aprel 2025 03:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri