Icma.az
close
up
RU
İnsanlıq hələ ölməyibmiş…

İnsanlıq hələ ölməyibmiş…

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Bəzən həyat səni elə bir nöqtədə saxlayır ki, nə irəli gedə bilirsən, nə geri. Sözlər boğazında düyünlənir, fikirlər bir-birinə qarışır. Bu günlərdə yaxınımız olan bir şəxsin ağır xəstəliyi ilə üzləşmək bizə məhz bu hissləri yaşatdı. Xəstəlik xəbəri təkcə bir insanın deyil, ətrafındakı hər kəsin həyatını alt-üst edir. Qorxu, ümidsizlik, acizlik… Hamısı eyni anda adamın üzərinə gəlir.

Belə anlarda insanın içində tək bir sual dolaşır: Mən nə edə bilərəm? Əlindən heç nə gəlmədiyini düşünmək bəlkə də ən ağır hissdir. Biz də bu çarəsizlik içində bacardığımız yeganə yola üz tutduq. Paylaşmağa. Sosial şəbəkələrdə yardım çağırışı etdik, həm mənəvi, həm də maddi dəstək üçün insanlara səsləndik.

Amma etiraf edim ki, bu paylaşımı edərkən içimdə ciddi bir ümid yox idi. Düşünürdüm ki, insanlar artıq bu tip yardım kampaniyalarına inanmır. Haqsız da deyildim. Son illər bu yolla saxtakarlıq edənlərin sayı az deyil. Kiminsə ağrısını qazanca çevirənlər, insanların yaxşı niyyətini sui-istifadə edənlər cəmiyyətin etimadını xeyli sarsıdıb. Elə buna görə də “görəsən, kimsə yardım edəcəkmi?” sualı beynimdən çıxmırdı. Amma bəzən həyat səni susduracaq qədər güclü cavab verir.

Paylaşım edildikdən sonra gələn ilk mesajlar məni təəccübləndirdi. Ardınca digərləri gəldi. Tanıyan da yazdı, tanımayan da. Kimisi “dua edirəm” dedi, kimisi “əlimdən bu qədər gəlir” deyərək yardım göndərdi. Bir neçə saat ərzində isə inanılması çətin olan bir şey baş verdi və lazım olan məbləğ tam şəkildə toplandı. O an anladım ki, bəzən biz insanlara deyil, öz ümidsizliyimizə uduzuruq.

Paylaşımlara gələn geri dönüşlər təkcə maddi dəstək deyildi. Orada bir cəmiyyətin vicdanı, mərhəməti, hələ də sağ qalan insanlığı vardı. “Azdır, amma ürəkdəndir”, “Allah şəfa versin”, “Yanınızdayıq” kimi mesajlar adamın ürəyini isidirdi.

Bu hadisə mənə bir həqiqəti yenidən xatırlatdı ki, insanlıq səs-küylü olmur. O, reklamla, iddia ilə yaşamır. Sakitcə, doğru anda, doğru yerdə ortaya çıxır. Bəzən bir mesajda, bəzən kiçik bir məbləğdə, bəzən isə sadəcə bir xoş sözdə özünü göstərir.

Bəli, bu gün cəmiyyətdə etimadsızlıq var. Bəli, bizi aldadan, məyus edən hallar az olmayıb. Amma bu, yaxşı insanların tükəndiyi anlamına gəlmir. Sadəcə pislik daha çox görünür, yaxşılıq isə səssizdir.

Bu yaşadıqlarımız mənə bir daha sübut etdi ki, insanların ürəyində mərhəmət hələ də yaşayır. Hələ də başqasının dərdinə biganə qalmayanlar, yad ağrısını öz ağrısı bilənlər var. Ümid tam itib deyə düşündüyümüz yerdə, insanlıq ayağa qalxıb “mən buradayam” deyir.

Və bütün bunlardan sonra bir cümlə öz-özünə dodaqlarımdan süzüldü: İnsanlıq hələ ölməyibmiş… Sadəcə bəzən onu görmək üçün inanmaq lazımdır.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Yanvar 2026 22:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri