Icma.az
close
up
RU
Gold Residence MMC FHN ə problem yaradıb: vətəndaşların həyatı təhlükə qarşısındadır

Gold Residence MMC FHN ə problem yaradıb: vətəndaşların həyatı təhlükə qarşısındadır

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Dünən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 5B ünvanında yerləşən texniki peşə məktəbinin 5-ci mərtəbəsində baş vermiş yanğın hadisəsinin şiddətlənməsi «Gold Residence» MMC-nin qanunsuz hasarlama fəaliyyəti nəticəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə maşınlarının əraziyə daxil ola bilməməsi ilə əlaqədardır.
Reyting.az
xəbər verir ki, bunu sakinlər bildiriblər.
Onların sözlərinə görə, yanğının vaxtında qarşısının alınmaması səbəbindən məcburi köçkünlərin məskunlaşdığı 10 mənzil zərər görüb. Çünki «Gold Residence» MMC ərazini qanunsuz olaraq hasarlayıb və bunun nəticəsində FHN-nin yanğınsöndürmə texnikası vaxtında əraziyə daxil ola bilməyib.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin 26 yanvar 2024-cü il tarixli, 11 nömrəli Sərəncamı ilə «Gold Residence» MMC-yə Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, 128, 130 və Əhməd Rəcəbli küçəsi, 5B ünvanlarında yerləşən 1,178 hektar ərazi 49 illik icarəyə verilib. Lakin MMC, sərəncamda göstərilən koordinatlardan kənara çıxaraq, Aşıq Molla Cümə küçəsi, 28 ünvanında yerləşən 9 mərtəbəli binanın həyətini də qanunsuz olaraq hasarlayıb. Nəticədə, həmin bina sakinlərinin Fətəli Xan Xoyski prospektinə çıxışı bağlanıb, onların hərəkət azadlığı məhdudlaşdırılıb. Bu qanunsuz hasarlama, həmçinin təcili yardım və yanğınsöndürmə kimi xüsusi təyinatlı nəqliyyat vasitələrinin əraziyə girişini çətinləşdirib.
Sakinlər dəfələrlə Nazirlər Kabinetinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə və digər aidiyyəti dövlət orqanlarına kollektiv şikayətlər ünvanlayıblar. Lakin bu müraciətlərə baxmayaraq, heç bir tədbir görülməyib. Sakinlər iddia edirlər ki, dövlət qurumlarının nümayəndələri «Gold Residence» MMC-nin ofisinə daxil olduqdan sonra, şikayətçilərin müraciətlərinə cavab vermədən ərazidən ayrılırlar. Həmin məmurlardan biri qanunsuz hasarlama işlərinin aparılması başlayarkən əraziyə gələn və sakinlərə yalan vədlər verən Eldəniz Əbdülovdur. O, İbrahim Əsədov adlı məmurla əraziyə gələrək sakinlərə bildirib ki, guya hasar COP29 görə çəkilir ki, şəhərimizə gələn qonaqlar sökülməsi nəzərdə tutulan yararsız binaları görməsinlər. Lakin, sonradan bəlli olub ki, hasar MMC ilə icra hakimiyyətinin birgə qanunsuzluqları pərdələmək üçün çəkilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasının 33-cü maddəsinə əsasən, hər kəsin mənzil toxunulmazlığı hüququ var. «Gold Residence» MMC-nin qanunsuz hasarlama və söküntü işləri, sakinlərin mənzil toxunulmazlığı hüququnu pozmaqla yanaşı, onların hərəkət azadlığını da məhdudlaşdırır. Bundan əlavə, Cinayət Məcəlləsinin 188-ci maddəsinə (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 308-ci maddəsinə (vəzifə səlahiyyətlərindən sui-istifadə) əsasən, belə qanunsuz əməllər cinayət məsuliyyəti yaradır.
Sakinlər, «Gold Residence» MMC-nin qanunsuz fəaliyyətlərinə son qoyulmasını, Aşıq Molla Cümə küçəsi, 28 ünvanında yerləşən binanın Fətəli Xan Xoyski prospektinə çıxışının bərpa edilməsini və qanunsuz hasarların sökülməsini tələb edirlər. Həmçinin, binanın zədələnmiş kanalizasiya sisteminin təcili olaraq bərpası üçün aidiyyəti dövlət qurumlarının dərhal tədbir görməsini istəyirlər.
Bu hadisə, şəhərsalma və tikinti sahəsində qanunvericiliyin tələblərinə əməl etməyin vacibliyini bir daha göstərir. Qanunsuz tikinti və hasarlama işləri, sakinlərin hüquqlarının pozulmasına və fövqəladə hallarda ciddi fəsadlara yol aça bilər. Bu səbəbdən, müvafiq dövlət qurumları tərəfindən belə halların qarşısının alınması və qanun pozuntularına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsi zəruridir.
V. QULİYEV
P.S. Dünənki yanğın hadisəsindən əvvəl də adıçəkilən ərazidə belə bir hadisə baş vermişdi. Həmin vaxt da yanğınsöndürənlərin əraziyə daxil olmasında çətinliklər yaranmışdı: https://reyting.az/slayd/120176-bakida-yangin-xesaret-alanlar-var-sakinler-tikinti-sirketini-ittiham-edir.html
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://reyting.az
archiveBu xəbər 16 Fevral 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri