Icma.az
close
up
RU
Pilot Residence MTK sakinlərinin fəryadı: illərdir çözülməyən problem MƏKTUB (FOTOLAR)

Pilot Residence MTK sakinlərinin fəryadı: illərdir çözülməyən problem MƏKTUB (FOTOLAR)

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsində yerləşən "Pilot Residence" yaşayış kompleksində illərdir davam edən problemlər sakinləri təngə gətirib. Kooperativin fəaliyyəti barədə bunadək mediada kifayət qədər qalmaqallı məlumatlar yayımlanıb. Sakinlər bildirirlər ki, bina  rəsmi istifadəyə verilsə də, əsasən tamamlanmamış (həyətin bərpası, kompleksin hasara alınması və s.) vəziyyətdə təqdim olunub. Keyfiyyətsiz tikinti, zəif izolyasiya, nazik divarlar və istismar üçün yararsız şərait burada yaşayan insanlar üçün ciddi gündəlik çətinliklər yaradıb. Keyfiyyətsiz iş, məsuliyyətsiz yanaşma o səviyyəyə çatıb ki, binanın fasad hissəsi də tökülmək üzrədir. Sakinlərin sözlərinə görə, binada nə lazımi xidmət göstərilir, nə də tikinti qüsurlarının aradan qaldırılması istiqamətində konkret addımlar atılır.
İddialara əsasən, binanın inşası zamanı müxtəlif qanunsuz və şəffaf olmayan proseslər həyata keçirilib. Bu gün həmin qanunsuzluqların nəticəsi kimi binada texniki və təhlükəsizlik baxımından ciddi fəsadlar üzə çıxmaqdadır. Bu azmış kimi, MTK qanunsuz olaraq, MMC yaratmaq və daim binaya rəhbərlik etmək istəyir.
Sakinlər illərdir öz haqlarını tələb etsələr də, hələ də istəkləri tam qarşılanmayıb. Bugünədək məsələ ilə əlaqədar məktub və müraciətlər rəsmi şəkildə aidiyyəti qurumlara təqdim edilib. Hazırda iş məhkəmə prosesi üzrə davam edir. Məlumata görə, Ali Məhkəmədən geri qaytarılmış işə yenidən Apellyasiya Məhkəməsində baxılacaq. Növbəti iclasın avqustun 5-də keçirilməsi nəzərdə tutulur və sakinlər ümid edirlər ki, bu dəfə onların tələbləri təmin olunacaq.
Kompleksin 30 ailəsinin imzası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Məhkəmə Hüquq Şurasına, Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, Prezident Administrasiyasına və s. əsas subyektlərə şikayət məktubu ünvanlanıb. Sakinlər binanın tikintisinin 2017-ci ildə təsdiqlənmiş layihəyə uyğun tamamlanmadığını bildirərək MTK-nın fəaliyyətsizliyinə və biganəliyinə etiraz edir, yuxarıda qeyd olunan nöqsanların, vacib məsələlərin təxirəsalınmaz şəkildə həllini gözləyirlər. Yaşayışçılar təhlükəsiz və insana layiq şəraitdə yaşamaq hüquqlarının bərpa olunmasını tələb edirlər. Həmçinin vurğulayırlar ki, məhkəmə iddialarını və dövlət qurumlarına ünvanladıqları şikayətlərini qeyd olunan tələbləri təmin olunduğu təqdirdə geri götürəcəklər. 
Həmin müraciəti olduğu kimi təqdim edirik:





Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 İyul 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri