Icma.az
close
up
RU
Göldəki canavar ı axtarmaq üçün ayda 11.000 manat maaş

Göldəki canavar ı axtarmaq üçün ayda 11.000 manat maaş

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Şotlandiyanın LoÇ Ness gölündəki "canavar" əfsanəsi elə gəlirli bir sahəyə çevrilib ki, yerli rəhbərlik indi yüksək maaşla turistləri göldə gəzdirəcək bir kapitan axtarır.

Qaynarinfo xəbər verir ki, Loç Ness gölündə canavar yaşadığına dair iddialar 1800-cü illərin əvvəllərindən bəri turistlərin bölgəyə axın etməsinə səbəb olub. Əslində, heç bir sənaye və istehsal sahəsi olmayan bu kiçik qəsəbə yoxsulluqla mübarizə aparmaq əvəzinə, artıq 200 ildir ki, bu canavarın varlığı sayəsində dolanır.

Zaman-zaman yayılan bulanıq və şübhəli fotoşəkillər xüsusilə 1900-cü illərdə bu əfsanəyə inanmağı sevən turistləri sevindirib. Lakin bu gün 8K keyfiyyətində foto çəkə bilən smartfonlar hər kəsin əlində olduğu halda, hələ də canavarın aydın bir görüntüsünün olmaması, insanların bu nağılı şübhə altına almasına səbəb olur.

Üstəlik, əgər göldə həqiqətən tarixdən əvvəlki dövrlərə aid bir dinozor növü yaşayırdısa, müasir texnologiyalarla onu çoxdan aşkar etmək mümkün olardı. Hərbi donanma və elmi ekspedisiyalar illərlə aparılan axtarışlara baxmayaraq canavarın izinə rast gəlməyib. Bütün bunlara baxmayaraq, Loç Ness əfsanəsi turizm üçün hələ də böyük gəlir mənbəyidir.

Turistlər üçün yeni oyun: "Canavar ovçusu" kapitan axtarılır!

Loç Ness rəhbərliyi turistlərin marağını diri saxlamaq üçün yeni bir yol tapıb – axtarış turu üçün gəmi kapitanı işə götürmək!

Kapitanın işi sonar və müasir axtarış cihazları ilə təchiz edilmiş bir gəmini idarə etməkdən ibarət olacaq. O, turistlərlə birlikdə gölü skan edəcək, onlara əfsanələr danışacaq və günün sonunda heç bir canavar tapmadan geri qayıdacaq.

Bu turistik gəmi səyahətində turistlərə yemək və içki təqdim ediləcək, sonar ekranında "sirrli dalğalar" araşdırılacaq və hər gün "həyəcanlı" bir macəra yaşanacaq. Bunun üçün turistlər adam başı yüzlərlə funt-sterlinq ödəyəcək və kapitanın maaşı da ayda 5.000 funt-sterlinqdən (təxminən 11.000 manat) çox olacaq.

Canavar tapılmasa da, turistlər gəlməyə davam edəcək

Bu yeni iş təklifinə baxanda turistlərin heç vaxt Loç Ness canavarını tapmayacağına əmin olmaq olar. Lakin bu macəra "Loç Nessdə canavar axtarıram!" adı ilə Instagram və "TikTok"da paylaşılmağa çox uyğundur.

Bu səbəbdən də gölə axın edən turistlərin sayı azalmayacaq, əksinə daha da artacaq. Belə görünür ki, Loç Ness qəsəbəsi bu işdən hələ uzun illər pul qazanmağa davam edəcək!

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Mart 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri