Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

“Goldman Sachs”la tərəfdaşlıq Azərbaycana nə vəd edir? TƏHLİL

“Goldman Sachs”la tərəfdaşlıq Azərbaycana nə vəd edir? TƏHLİL

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Koheni qəbul edib. Görüşdə dövlət başçısı ilə Cared Kohenin bu ilin yanvarında Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində görüşü məmnunluqla xatırlanıb. Qeyd olunub ki, Azərbaycan ilə “The Goldman Sachs Group Inc.” şirkəti arasında əməkdaşlıq 2010-cu ildən səmərəli şəkildə qurulub və xüsusilə Dövlət Neft Fondunun bu şirkətlə uğurlu tərəfdaşlığı yüksək qiymətləndirilib.

Təhlillərə əsasən, bu görüş təkcə mövcud əməkdaşlığın davamı deyil, həm də Azərbaycanın iqtisadi strategiyası baxımından yeni mərhələnin anonsu kimi qiymətləndirilə bilər.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Elman Sadıqov bildirib ki, qlobal maliyyə bazarlarında böyük nüfuza malik olan “Goldman Sachs” kimi investisiya holdinqinin Azərbaycanda iştirakı, xüsusən də Dövlət Neft Fondunun aktivlərinin idarə edilməsində və qeyri-neft sektoruna kapitalın yönləndirilməsində, strateji əhəmiyyət kəsb edir:

“Hər hansı bir ölkə ilə əməkdaşlıq, əlbəttə ki, ciddi təhlillərə əsaslanmalıdır. Məsələn, Amerika Birləşmiş Ştatları ilə bizim hansı sahələrdə konkret əlaqələrimiz ola bilər? Hansı sahələrdə bu əlaqələrin dərinləşməsi mümkündür, hansılarda isə mümkün deyil? Bunların hamısı ciddi şəkildə təhlil olunmalıdır.

İkinci bir məqam isə ondan ibarətdir ki, dünyanın tanınmış investisiya holdinqlərindən biri olan “Goldman Sachs Group” şirkəti ilə əməkdaşlıq məsələsi gündəmdədir. Bu, əlbəttə, dünyada tanınmış bir investisiya holdinqidir. Şirkət təxminən 1,8 trilyon dollarlıq aktivlərə malikdir, böyük tarixi var və fəaliyyət prinsipləri də genişdir. Onların əsas fəaliyyət istiqamətlərindən biri müxtəlif investorlar tərəfindən cəlb olunan vəsaitləri dövriyyəyə buraxmaq, müxtəlif layihələrə, qiymətli kağızlara yatırmaq və qazanc əldə etməkdir. Bu qazancın müəyyən hissəsi həmin investorların özünə geri qaytarılır, bir hissəsi isə şirkətin özündə qalır. Digər fəaliyyət prinsipləri isə məsləhət xidmətləri göstərməkdir – yəni harada, hansı layihələrə pul yatırmağın mümkünlüyü, risklərin təhlili və gəlir imkanlarının proqnozlaşdırılması ilə bağlı istiqamət vermək”.

Elman Sadıqov vurğulayıb ki, müxtəlif istiqamətdə əlaqələrimizi daha da dərinləşdirə, sıxlaşdıra və ya yeni əlaqələr formalaşdıra bilərik:

“Məsələn, Dövlət Neft Fondunun aktivlərinin müəyyən hissəsinin bu şirkətin idarəçiliyinə verilməsi səmərəliliyin və gəlirliliyin artması demək ola bilər. Digər tərəfdən, bu əməkdaşlıq vasitəsilə biz investorların cəlb olunmasında da “Goldman Sachs” dan istifadə edə bilərik. Çünki şirkət investorları yaxşı tanıyır, onların maraqlarını bilir və faktiki olaraq həmin investorları Azərbaycana yönləndirə bilər. Məsələn, enerji sahəsində – elektrik enerjisinin ixracı, külək və günəş stansiyalarının qurulması kimi layihələrdə bu çox önəmli ola bilər. Çünki “Goldman Sachs” müxtəlif tipli və profilli investorlarla işləyir, onların vəsaitlərini dövriyyəyə buraxır, həm də məsləhət xidmətləri təqdim edir. Biz öz layihələrimizi təqdim etməklə həm birbaşa şirkətin, həm də onun vasitəsilə digər investorların cəlb olunmasından faydalana bilərik.

Əlbəttə, layihələrimiz böyük vəsait tələb edir. Ona görə biz konkret olaraq layihələrimizi hazırlamalı, nəyin istehsalını hədəflədiyimizi, hansı sahədə üstünlük əldə edə biləcəyimizi ortaya qoymalıyıq”.

Qeyri-neft sektorunda, o cümlədən yaşıl enerji və digər sahələrdə Azərbaycanın hələ daha konkret işlənmiş layihələr təqdim etdiyini vurğulayan Elman Saqıqov qeyd edib ki, investisiya cəlb etmək asan məsələ deyil. Investorların öz tələbləri, gözləntiləri və risk yanaşmaları var.

“Birbaşa “Goldman Sachs” kimi qlobal investisiya banklarının müəyyən layihələrdə iştirakı mümkündür. Amma onlar uzunmüddətli layihələrdən çox, birbaşa investisiyalardan daha çox portfel investisiyalarında maraqlıdırlar. Çünki onlar, qeyd etdiyim kimi, müxtəlif investorların vəsaitlərini dövr etdirirlər və bu portfel investisiyaları çərçivəsində riskləri daha proqnozlaşdırıla bilən şəkildə idarə edə bilirlər. Burada müəyyən layihələrdə müəyyən pay sahibi kimi çıxış edə bilərlər. Bu ehtimal var. Amma qeyd etdiyim kimi, bu tip şirkətlərin əsas gücü daha çox digər investorları cəlb etməkdədir. Məsələn, biz öz layihələrimizə məhz bu şirkətin vasitəsilə investorlar tapa bilərik. Onların referansı, beynəlxalq nüfuzu bu prosesdə çox önəmli rol oynayır”.

Qlobal maliyyə nəhənglərinin Cənubi Qafqaza marağının artması regionun iqtisadi təhlükəsizliyinə və dayanıqlılığına təsirləri barədə danışan Elman Sadıqov bildirib ki, Zəngəzur dəhlizinin açılması regionda strateji imkanlar yaradır. Əgər bu marşruta nəzarət edəcək şirkət Amerika şirkəti olacaqsa, bu artıq regionda Amerikanın təmsil olunması deməkdir. E. Sadıqovun sözlərinə görə, bu, digər investorlar üçün təhlükəsizlik təminatı, yəni “təhlükəsizlik yastığı” rolunu oynayacaq. Bu imkanlardan istifadə etməyi biz bacarmalıyıq.

“Qeyri-neft sektoruna sərmayənin cəlb olunması üçün investorların gözləntilərinin, düşüncə tərzlərinin, hətta mentalitetlərinin də nəzərə alınması vacibdir. Bu, həm də layihələrimizin düzgün təqdim olunmasını tələb edir. Biz konkret olaraq hansı məhsulların istehsalını hədəflədiyimizi, bunun Azərbaycan üçün hansı faydalar verəcəyini, hansı üstünlüklərə malik olduğunu göstərməliyik. İnvestor üçün isə əsas sual budur: niyə məhz Azərbaycanda? Burada qarantiyalı və perspektivli bazar varmı? Bu suallar cavablandırılmalıdır. Əlbəttə ki, “Goldman Sachs” əgər bizə maraq göstərirsə, bizim əlaqələrimiz varsa, bu, Azərbaycanın imkanlarını gücləndirir. İmkanların gücləndirilməsi isə həm də o deməkdir ki, biz bu imkanlardan istifadə etməyi bacarmalıyıq. Biz bundan səmərəli şəkildə istifadə edə bilsək, digər investorların da maraqlarını cəlb edə bilərik. Yəni təkcə “Goldman Sachs” deyil, həm də Zəngəzur dəhlizinin açılması perspektivi və digər oxşar imkanlardan yararlanaraq, biz faktiki olaraq investisiya cəlb edə, iqtisadi modelimizi təkmilləşdirə bilərik. Bu isə, əlbəttə ki, çox böyük perspektivlər vəd edir.

“Goldman Sachs”ın Azərbaycana gəlməsi və burada əməkdaşlıq imkanlarının genişlənməsi, Dövlət Neft Fondu ilə əməkdaşlığın gücləndirilməsi və investisiya cəlbi həm də siyasi üstünlüklər qazandırır. Bu, Azərbaycanın daha təhlükəsiz bir ölkə şəraitinə çevrilməsi deməkdir. Çünki Amerikanın mövcud olduğu ölkəyə başqa dövlətlərin aqressiyası və ya kəskin təzyiqləri nisbətən minimallaşır”.

Elman Sadıqov qeyd edib ki, burada vacib məqam düzgün istiqaməti müəyyənləşdirib, Amerikadan nə istədiyimizi aydın bilməyimizdədir:

“Məsələn, Türkiyə Prezidenti dəfələrlə qeyd etdiyi kimi, bu əməkdaşlıq daha çox aktivlərin idarə olunması və Dövlət Neft Fondu ilə bağlı ola bilər. Amma mənim vurğulamaq istədiyim ən əsas məqam odur ki, digər sahələrdə də biz konkret olaraq nələrin istehsalı ilə bağlı planlarımızı ortaya qoymalıyıq. Niyə bizə məhz Amerika şirkətləri lazımdır, hansı sahələrdə onlardan investisiya gözləyirik – bunları ciddi şəkildə təhlil edib ortaya qoymağı bacarmalıyıq”.

Gülbəniz Hüseynli / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 20 Avqust 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri