Gölməçə olan yollarda maşın sürməyin! 10 min manata qədər xərci var
Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda yağan güclü yağışlar küçələrdə suyun yığılmasına səbəb olub, nəticədə yollarda nasaz vəziyyətdə qalan avtomobillərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Bir çox sürücü hərəkət zamanı çətinliklə üzləşib, bəzi nəqliyyat vasitələri isə birbaşa suyun içində dayanaraq sıradan çıxıb.
Ustalar belə hava şəraitində xüsusilə alçaq avtomobillərlə riskli ərazilərə daxil olmağın ciddi nəticələr doğura biləcəyini bildirir. Məsələ təkcə mühərrikin dayanması ilə bitmir, sonradan daha ağır və bahalı nasazlıqlar üzə çıxa bilər.
Usta Sahil Ağabəylinin sözlərinə görə, bu cür hallarda zərər bəzən minlərlə manatla ölçülür. Mühərrikə su keçməsi ayrı-ayrı detalları yox, bütövlükdə sistemi sıradan çıxara bilir.
Belə vəziyyətlərdə sürücülər ən azı 1000-2000 manatdan başlayan, bəzi hallarda isə 10 min manata qədər çatan xərclə üzləşir. Risk yalnız daxili yanma mühərrikli avtomobillərlə məhdudlaşmır, son illər sürətlə yayılan hibrid, plug-in hibrid və elektromobillər üçün də su basmış yollarda hərəkət əlavə təhlükə yaradır.
Sürücülərə məsləhət görülür ki, suya düşmüş avtomobili zorla işə salmağa çalışmasınlar. Dərin sudan keçdikdən sonra qəribə səslər, titrəmə və ya xəbərdarlıq işıqları müşahidə olunarsa, texniki baxışa müraciət etmək vacib sayılır. Əks halda, ilkin baxışda xırda görünən problem qısa müddətdə daha böyük xərclərə səbəb ola bilər.(xezer xeber)
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Su borusu partladı, küçədə gölməçə yarandı VİDEO
24 Oktyabr 2025 00:54
Novxanıda küçəyə axan çirkab su gölməçə yaratdı
25 Aprel 2026 12:15
Yasamalda yenə gölməçə problemi Sakinlər narazılıq edir
10 Dekabr 2025 16:34
Məktəbin həyətində kanalizasiya suyundan gölməçə yarandı Açıqlama
23 Noyabr 2026 11:55
Bakıda su borusu partlayıb Bina qarşısında gölməçə yaranır
25 May 2025 09:44
Baxış sayı:189
Bu xəbər 29 Mart 2026 09:52 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları