Məktəbin həyətində kanalizasiya suyundan gölməçə yarandı Açıqlama
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Xırdalan şəhər 3 nömrəli tam orta məktəbin həyətində çirkab sudan gölməçə yaranıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Şikayətçilər bildirirlər ki, yoldakı çirkab su yığıntısı səbəbilə piyadaların hərəkəti çətinləşib, həmçinin ərazidə antisanitar vəziyyət yaranıb.
Məsələ ilə bağlı Regional Su Meliorasiya QSC Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, problem tam aradan qaldırılacaq.
"Abşeron rayonu, Xırdalan şəhəri 3 nömrəli məktəbin həyətində kanalizasiya xəttində yaranmış tutulma ilə əlaqədar Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilmiş və problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsinə başlanılmışdır. Hazırda qeyd olunan ünvanda kanalizasiya xəttində yaranmış problemin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Qısa müddətdə problem tam aradan qaldırılacaqdır", - deyə məlumatda qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 23 Noyabr 2026 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















