Icma.az
close
up
RU
Gömrük bağlamalarının bəyan edilməsində yeni qaydalar

Gömrük bağlamalarının bəyan edilməsində yeni qaydalar

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Məlum olduğu kimi, iyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla həyata keçiriləcək. Dövlət Gömrük Komitəsi "Smart Customs" saytı və mobil tətbiqindən istifadə edən vətəndaşlara müraciət edib. Bildirilib ki, bir neçə aydan sonra xaricdən məhsul sifarişi edən şəxslər elektron ticarət bəyannamələrini artıq identifikasiya nömrəsi (FİN kod) və parol vasitəsilə təqdim edə bilməyəcəklər.

Yeni qərara əsasən, bu xidmətdən yalnız ASAN İmza, SİMA və ya myGov/QR vasitəsilə istifadə etmək mümkün olacaq. Daşıyıcı şirkətlərin əməkdaşlarının sözlərinə görə, hazırda tətbiq olunan təsdiqləmə prosesi - yəni FİN kod və parol vasitəsilə aparılan bəyannamə - gücləndirilmiş identifikasiya hesab edilmir.

İqtisadçıların fikrincə, bu dəyişiklik gömrük və vergi sistemində nəzarətin gücləndirilməsi məqsədi daşıyır.

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, belə qərarlar xaricdən mal alınmasını çətinləşdirən faktorlardandır: "ASAN İmza və yaxud da SİMA-nı telefona yükləmək o qədər də çətin deyil. Amma yaşlı insanlar var ki, bundan istifadə etməkdə çətinlik çəkə bilərlər. Əvvəllər daha rahat idi. Bunu çətinləşdirirlərsə, deməli, xaricdən sifarişlərin azaldılması yönündə addımların atılmasını düşünürlər. Bu da ölkədən valyuta çıxışını zəiflətməyə yönəlmiş addımlardır ki, daha az valyuta ölkədən çıxsın. Amma nəzərə almaq lazımdır ki, bu tələb yerindəcə qalır. Xaricdən niyə insanlar mal alır? Çünki daha ucuz başa gəlir. Yerli pərakəndə satış mağazalarında məhsullar daha bahadır. Ona görə də insanlar xaricə üz tuturlar və problemin kökü oradadır. Amma Azərbaycanda rəsmi orqanlar müəyyən çətinlik yaratmaqla bu problemi həll edəcəyini düşünürlərsə, yanılırlar. Bu problemin köklü həlli başqadır. Yerli istehsal artırılmalı, yerli pərakəndə satışın onlayn ticarətlə rəqabətə davam gətirməsi üçün daha çevik davranmalıdırlar və s. Ona görə də bu qərar müəyyən çətinliklər yaradacaq, amma insanlarımız belə məsələlərə də tez öyrəşirlər. İndi kimsə bacarmasa, qohumu, tanışı, övladı vasitəsilə belə tətbiqlərdən istifadə etməyi öyrənəcək".

İqtisadçı millət vəkili Vüqar Bayramovun sözlərinə görə, gömrük bağlamalarının bəyan edilməsinin yeni qaydalarla həyata keçirilməsində əsas məqsəd ödənişlərdə şəffaflığı təmin etmək və vəsaitlərin hərəkətini izləməkdir: "Söhbət, təbii ki, Dövlət Gömrük Komitəsinə və dövlət büdcəsinə yönəlik ödənişlərdən gedir. Prinsipcə, vəsaitin hansı mənbədən ödənilməsinin fiskal baxımdan ciddi fərqi olmaya bilər. Lakin şəffaflıq və çirkli pulların yuyulmasına qarşı mübarizə baxımından bu ödənişlərin birbaşa məsul və ya öhdəlik daşıyan şəxs tərəfindən həyata keçirilməsi olduqca vacibdir".

Millət vəkili qeyd edib ki, bu yanaşma Avropa İttifaqı da daxil olmaqla, bir sıra inkişaf etmiş ölkələrdə artıq tətbiq olunur: "Yeni sistem ödəniş prosesini daha izlənilə bilən edir, şəffaflığı artırır və çirkli pulların yuyulmasına qarşı mübarizədə effektiv alətə çevrilir. Vətəndaşlar üçün bu, sadəcə texniki yenilik deyil - həmçinin fiskal intizamın güclənməsi, dövlət gəlirlərinin şəffaf şəkildə idarə olunması və ümumilikdə daha sağlam maliyyə mühitinin formalaşması baxımından mühüm addımdır".

Vüqar Bayramov əlavə edib ki, dəyişikliklər əsasən iş və xidmətlərə, xüsusilə də qeyri-rezidentlər tərəfindən təqdim olunan iri məbləğli rəqəmsal xidmətlərə şamil ediləcək. Bu səbəbdən onlayn platformalarda satılan fiziki məhsulların qiymətində birbaşa artım gözlənilmir. Əsas təsir daha böyük məbləğdə olan və xarici şirkətlər tərəfindən göstərilən xidmətlərin xərcində özünü göstərə bilər. Bu isə həmin xidmətlərin uçotunun aparılması və rəsmiləşdirilməsi ilə bağlıdır. Bu addım həm iqtisadi, həm də fiskal xarakter daşıyır. Çünki əvvəlki qaydalara əsasən dövlət büdcəsi həmin fəaliyyətlərdən tam həcmdə gəlir əldə edə bilmirdi".

İqtisadçı-ekspert Asif İbrahimovun dediyinə görə, qanuna təklif olunan dəyişiklik limitlər ödənilmədiyi halda yaranan məsuliyyət məsələlərini tənzimləməyi nəzərdə tutur: "Bu məsələ fiziki şəxslərin şəxsi istifadə üçün, yəni kommersiya məqsədilə gətirmədiyi mallara şamil olunur. Bildiyiniz kimi, daha əvvəl bu istiqamətdə müəyyən limitlər təyin olunmuşdu. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, həmin limit çərçivəsində mallar gömrük rüsumundan azad edilirdi. Hazırda isə qanuna təklif olunan dəyişiklik həmin limitlər ödənilmədiyi halda yaranan məsuliyyət məsələlərini tənzimləməyi nəzərdə tutur. Yəni bu halda fiziki şəxs zəmanət təqdim etməli, bank təminatı göstərməli və digər mexanizmlərlə öhdəliklərini təsdiqləməlidir. Bu yanaşma beynəlxalq təcrübəyə uyğunlaşdırılmış addım kimi qiymətləndirilə bilər və dünyanın bir çox ölkəsində tətbiq olunur".

Yeni qaydalar gömrük öhdəliklərinin təmin olunmasında alternativ alətlərin tətbiqini mümkün edir və bu da vətəndaşlar üçün maliyyə çevikliyi yaradır. Eyni zamanda, ödənişlərin üçüncü şəxslər tərəfindən həyata keçirilməsi hüquqi plüralizmə şərait yaradır və sosial dəstək sisteminin hüquqi təzahürü kimi çıxış edir. Bundan əlavə, gömrük idarələrinin fəaliyyətində risk əsaslı yanaşmanın tətbiqi sayəsində vətəndaşlara qarşı əsassız nəzarət və müdaxilələrin qarşısı alınır. Bu isə həm şəffaflığın artırılmasına, həm də vətəndaş məmnuniyyətinin yüksəlməsinə xidmət edir.

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Mart 2026 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri