Icma.az
close
up
RU
“Göy gömrük gömgöy gömrük... Göy gömrük gömgöy gömrük...”

“Göy gömrük gömgöy gömrük... Göy gömrük gömgöy gömrük...”

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bəs görəsən, Tahir Əliyevdən sonra Kəmaləddin müəllimin gömrükdə qurub illərlə gözlətdiyi gözəl düzəni kim pozub, yaxud gözə gətirdib ki, kimlərsə yenə rüşvətlə rüsumu qarışdırıb gömrükdə görünməmiş işlərə girişməyə cəsarət göstəriblər?..”

...Hardasa keçən yüzilliyin 90-cı illərinin ortalarından “gömrük” sözünü eşidən, görən kimi gözümün önünə “g” hərfi ilə başlayan bütün sözlər gəlir: əlbəttə ki, ən birincisi, göy, ondan sonra general, daha sonra nə bilim, göylük, göydələn, görmək, görüntü, götürmək, görüb-götürmək, gömmək, gömülmək, gəmirmək, gəzmək, gəzdirmək, gül, gülmək, güldürmək, göz, gözəllər... Daha ardını yazmıram- ayıbdır... O günləri də bu sözləri beynimdə fırlada-fırlada bir yeni azərbaycan yanıltmacı kəşf etdim: 

“göy gömrük- gömgöy gömrük, göy gömrük- gömgöy gömrük, göy gömrük- gömgöy gömrük...”

Bu yanıltmacı sosial şəbəkədə paylaşdım və izləyicilər sürəkli alqışlarla qarşıladı...

Eyni sözü eşidəndə, görəndə bir neçə adamın siması və danışıqları da gəlir gözümün qabağına... Öncə müstəqillik illərimizin deyəsən, ikinci gömrük naziri, general-mayor Tahir Əliyevi və onun televiziyadakı məşhur çıxışını xatırlayıram. Səhv etmirəmsə, 1994-cü ilin payızıydı... Mərhum eks-prezident Heydər Əliyev nazirləri toplayıb müşavirə keçirirdi. Tahir müəllimin həmin iclasdakı o görüntüsü, o sözləri heç yadımdan çıxmaz. Cibindən rəhmətlik nənəmin az qala şalı boyda bir yekə dəsmal çıxarıb əsil generala yaraşan möhtəşəm sifətindən axan tər damcılarını aşağı-yuxarı bir neçə kərə silə-silə qayıtdı ki, Heydər müəllim, üzr istəyirəm, mən bu rüsumla o biri pulları(başqa sözlə, rüşvəti) qarışdırıram. Otururam kabinetdə bir də görürəm, meşok-meşok pulları gətirib yığdılar kassaya... Fikrimcə, elə bunun hamısı puldur da... Nə fərqi var...  Heydər Əliyev də ona dedi ki, əgər sən rüsumla onun-bunun verdiyi o biri pulları ayıra bilmirsənsə, sən necə bu quruma rəhbərlik edirsən...

Elə həmin yığıncaqdan az sonra rüsumla rüşvəti ayıra bilməyən Tahir müəllimin yerinə hörmətli Kəmaləddin müəllim Heydərov gəldi Dövlət Gömrük Xidmətinin başına... Ədalət naminə, demək lazımdır ki, yoldaş Heydərov rüsumla rüşvəti ayıra bildi və tezliklə Gömrük Xidmətinin işində ciddi dönüş yaratdı... Baxmayaraq ki, Heydər Əliyev nazirlərlə yığıncaqlardan birində gömrükdə xaos yaranması, o cümlədən sərhəddə, hava limanlarında vətəndaşların qızıl qol saatları üçün deklarasiya yazılması haqda danışarkən Kəmaləddin müəllimin qolundakı saatın qızıl olub-olmadığını soruşmuş, o da cavabında “qızıl deyil” deyəndə cənab Prezident gömrük rəisinə “Hə... Bura gələndə biclik eləmisən” demişdi... Heydər Əliyev həm də iclasdakı məmurların 90 faizinin saatlarının qızıl olduğunu da vurğulamışdı...

Xülasə, Kəmaləddin müəllimdən sonra, deyəsən, iki rəis dəyişsə də, “gömrükdən danışanda heç birinin nə adı, nə sıfatı gözümün önünə gəlmir...

Və təəssüf ki, Kəmaləddin müəllim 2006-cı ilədək – 11 il ərzində gömrükdə böyük işlər görsə də, hələ də bu gün xəbərlər çıxır ki, gömrükdə filan generalların gözləri çox göyərib gömrükdən keçən gözəllərə, üzr istəyirəm, yüklərə göz dikiblər və cibişdanlarını göyərdiblər... Dünən də xəbər çıxdı ki, gömrükdə gözləri və cibləri göyərən iki əməkdaş xaricə qaçarkən yaxalanıb- biri məşhur xalq şairinin, digəri isə elə əvvəllər gömrükdə göyərmiş, üzr istəyirəm, işləmiş generalın oğlu imiş... 

Bəs görəsən, Tahir Əliyevdən sonra Kəmaləddin müəllimin gömrükdə qurub illərlə gözlətdiyi gözəl düzəni kim pozub, yaxud gözə gətirdib ki, kimlərsə yenə rüşvətlə rüsumu qarışdırıb gömrükdə görünməmiş işlərə girişməyə cəsarət göstəriblər?.. Onları bu mərəzə kim vadar edib, kim öyrəşdirib?..  Gərək, bunu tez tapam... Birdən “göy gömrük- gömgöy gömrük” yeni Azərbaycan yanıltmacının müəllifi kimi bunu mənim adıma çıxarlar... Beynimi işlədim görüm: Rüşvət... Rüsum... Rüşvət... Rüsum... Rüsum... Rüşvət... “R” ilə ölkədə son onilliklərdə məşhurlaşan daha hansı gözəl ad var?..Heç xoşum gəlmir e, bu "r" hərfindən... Ru... Rü... Re... Rö... Ra... Hə... Nəhayət, tapdım- Ramiz... Axı deyirəm, gömrük sözündə niyə tələffüzü çətinləşdirən, adamın dilini yanıldıb dolaşığa salan “r” hərfi var... Göy gömrük- gömgöy gömrük... Göy gömrük- gömgöy gömrük...

Sultan Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:386
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Dekabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri