Icma.az
close
up
RU
“Gömrük dəyərində guya 97 665 manat fərqin olduğunu dedilər”

“Gömrük dəyərində guya 97 665 manat fərqin olduğunu dedilər”

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycana Çindən mətbəx qabları, məişət avadanlıqları, tikinti və elektrik malları kimi məhsullar idxal edən “Lion Centre” MMC-nin rəhbəri gömrükçülərin ona süni problemlər yaratdığını bildirir.

“Qafqazinfo”ya müraciət edən şirkətin direktoru Ramil Aslanov bir müddətdir Bakı Baş Gömrük İdarəsində ölkəyə gətirdiyi məhsulların gömrük dəyərinin doğru hesablanmadığını deyib.

Şikayətçinin sözlərinə görə 2024-cü ildə 4 müxtəlif bəyannamə təqdim edərək ölkəyə Çindən müxtəlif mallar idxal edib: “Lakin 01241000300384, 01241000304074, 01241000401379 və 01241000438393 saylı bəyannamələr üzrə Bakı Baş Gömrük İdarəsinə təqdim etdiyi məhsulların dəyəri düzgün hesablanmayıb. Belə ki, məhsulların dəyərinin hesablanması ilə bağlı prosedurlar mövcud qaydalara uyğun şəkildə icra edilməyib və guya 97 665 manat fərqin ortaya çıxması bildirilib. Mənə dedilər ki, hesablama zamanı Çindən idxal etdiyim məhsullarla bağlı sənədlər alıblar. Eyni zamanda mənə aid olmayan sənədlərin də işə əlavə edilməsi məlum olur. Halbuki həmin malların mənə və təmsil etdiyim şirkətə hər hansı aidiyyəti yoxdur”.

R.Aslanov qeyd edib ki, hər bir bəyannamə üzrə yarana biləcək fərqə görə ayrı-ayrılıqda icraat həyata keçirilməlidir: “Lakin mənə əlavə problemlər yaratmaq məqsədilə Bakı Baş Gömrük İdarəsi qanunsuz olaraq bəyannamələr üzrə hesabladığı fərqi birləşdirərək 97 665 manatlıq fərq formalaşdırıb. Məni cinayət işinin açılması ilə hədələyirlər. Məsələ ilə bağlı artıq aidiyyəti qurumlara teleqramla müraciət etmişəm. Həmçinin prosessual nəzarəti həyata keçirən prokurorluğa şikayət etmişəm”.

İş adamı əlavə edib ki, Gömrük Komitəsindən ona təqdim olunmuş məktubda “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında” Sazişə istinad edilərək sənədlərin Çin Xalq Respublikasından əldə edildiyi göstərilib: “Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov həmin sənədlərə istinad edərək uydurma 97 min manat borc məbləği təyin edib və Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinə göndərib. Sübut əhəmiyyəti kəsb etməyən sənədlərə əsaslanaraq cinayət işi qaldırıb. Ancaq sözügedən sənədlərin heç biri nə mənə, nə də rəhbərlik etdiyim “Lion Centre” MMC-yə məxsus deyil. Bütün bunlar mənə təzyiq məqsədilə edilir”.

Qeyd edək ki, məsələyə hazırda Bakı İnzibati Məhkəməsində baxılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 May 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri