Icma.az
close
up
RU
Gömrükçülər vətəndaşın 25 min dollarlıq saatını yoxa çıxarıb ŞİKAYƏT

Gömrükçülər vətəndaşın 25 min dollarlıq saatını yoxa çıxarıb ŞİKAYƏT

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Redaktor.az-ın elektron poçtuna Gəncə şəhər N.Nərimanov küçəsi, ev 409-da yaşayan Əliyev Şahin Bəhrəm oğlu tərəfindən şikayət məktubu daxil olub. 

Şikayətçi Heydər Əliyev adına Bakı hava limanında gömrük işçilərinin özbaşınalıqlarından və uzun müddətdir ki, ona vurulan maddi və mənəvi ziyandan yazıb.

Şahin Əliyev müraciətində qeyd edib ki, ulu öndər Heydər Əliyev tərəfindən qurulmuş və Prezident İlham Əliyevin uğurla idarə etdiyi hüquqi demokratik dövlətdə yaşayırıq.

"Lakin bəzi məmurlar qanunları, Ali Baş Komandanın göstəriş və tövsiyyələrinə zidd əməllər edərək, mənə yəni dövlətini, xalqını və millətini sevən, müharibə və polis veteranına qarşı küllü miqdar maddi və mənəvi ziyan vurublar.

Bildirirəm ki, 26.09.2023-cü il tarixində Dubay-Bakı reysi ilə gələrkən Heydər Əliyev adına Bakı hava limanında gömrük işçilərinin vəzifədən sui-istifadə etmələri və özbaşınalıqları nəticəsində qolumdan zorla (cinayətkarcasına) 25,000 ABŞ dolları dəyərində qol saatı alınaraq anbara qoyulub. Dəfələrlə müraciət etdikdən sonra mənə bildirildi ki, saat anbardan oğurlanıb və bu barədə Gömrük İdarəsində təhqiqat araşdırması aparılır. 4 ay (qanunla 10 gün olmalıdır) təhqiqat araşdırması aparıldıqdan sonra cinayət işi başlanması üçün material AR Baş Prokurorluğuna göndərildi. Bu günə qədər həmin material Baş Prokurorluq tərəfindən araşdırılır və bu barədə AR DİN-in HNBPİ-də 16.03.2024,23.07.2024-cü il, 21.12.2024-cü il Xəzər Rayon Prokurorluğunda 28.03 və 14.05.2024-cü il tarixli Baş Prokurorluqda isə 24.10.2024 və 06.02.2025-ci il tarixli, yəni 7 dəfə qərarlar qəbul olunub, lakin hələ də araşdırma aparılır və baş vermiş cinayət hadisəsi ört-basdır edilir. Görünür ki, bu işdə böyük qüvvələr maraqlıdır. Bu günə qədər nə mənim saatım qaytarılıb, nə də mənə dəymiş maddi ziyan ödənilib. Bu barədə iki dəfə AR DGK-nın sədri Şahin Bağırov və Baş Prokuror Kamran Əliyevin qəbulunda olsam da, heç bir nəticə əldə olunmayıb, əksinə mənə qarşı özbaşınalıq, hədələr və təxribatlar davam edir.

Mənə qarşı baş vermiş aşağıdakı qanun pozuntuları cavabsız qalır:

1. Gömrük işçiləri tərəfindən qolumdan saatım zorla alınıb, yəni xidməti vəzifədən sui-istifadə (soyğunçuluq) edilib.

2. Qanunla məndən alınmış saat ölkədən geri qaytarılması üçün hava limanında saxlanca qoyulmalı olduğu halda, nə üçün karqo anbarına göndərilib.

3. Mən saatı ölkədən geri qaytarmaq üçün ərizə ilə müraciət etsəm də, Gömrük işçilərinin süründürməçilik və özbaşınalığı nəticəsində 1 aydan çox uzadılıb və oğurlanıb.

4. Nə üçün faktla bağlı Gömrük idarəsində təhqiqat araşdırması 4 aya yekunlaşıb (qanunla 10 gün müddətində)

5. Mənim qolumdan saatımın alınması, anbardan oğurlanmasına aid bütün kamera görüntüləri silinib.

6. Bu günə qədər nə mənim saatım qaytarılıb, nə maddi ziyan ödənilib, nə də fakta görə cinayət işi başlanıb, yəni bütün qanun pozuntuları ört-basdır olunub.

Hörmətli sayt rəhbərliyi!

Mən Prezidentim cənab İlham Əliyevlə fəxr edirəm və inanıram ki, ədalət öz yerini tapacaq. Mənim müraciətimin ictimailəşdirilməsini Sizdən xahiş edirəm", - deyə müraciətdə bildirilir.

Qeyd edək ki, şikayətlə bağlı Dövlət Gömrük Komitəsinin elektron poçtuna 27 fevral tarixində göndərdiyimiz sorğuya iki aydan çoxdur ki, cavab verilmir. Bu da o deməkdir ki, Dövlət Gömrük Komitəsi "Media haqqında" və "İnformasiya əldə etmək haqqında" qanunlara əməl etmir. Bu isə İnzibati Xətalar Məcəlləsinin 382-ci maddəsi ilə hüquqi məsuliyyət yaradır.

Redaktor.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Aprel 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see664

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see263

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see259

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see226

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see221

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see207

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see195

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see194

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see172

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see158

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see150

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see148

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri