Icma.az
close
up
RU
Gömrükçülər vətəndaşın bahalı saatını OĞURLAYIB Şok iddia

Gömrükçülər vətəndaşın bahalı saatını OĞURLAYIB Şok iddia

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hava limanında vətəndaşın qolundan zorla açılaraq anbara qoyulan 25 min dollarlıq saatı oğurlanıb; 4 aydır nə saat tapılır, nə də zərər ödənilir

Gəncə şəhəri, Nəriman Nərimanov küçəsi, ev 409-da yaşayan Əliyev Şahin Bəhrəm oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Rəsmi qurumlar tərəfindən kifayət qədər maddi və mənəvi zərərə məruz qoyulduğunu bildirən şikayətçinin qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə ünvanladığı məktubu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Biz Ulu öndər tərəfindən qurulmuş və Sizin uğurla idarə etdiyiniz hüquqi demokratik dövlətdə yaşayırıq. Lakin bəzi məmurlar qanunları, Ali baş komandanın göstəriş və tövsiyyələrinə zidd əməllər edərək, mənə, yəni dövlətini, xalqını və millətini sevən - Azərbaycan Respublikası müharibə və polis veteranına qarşı küllü miqdar maddi və mənəvi ziyan vurublar. 

Bildirirəm ki, 26.09.2023-cü il tarixində Dubay-Bakı reysi ilə gələrkən Heydər Əliyev adına Bakı Hava Limanında gömrük işçilərinin vəzifədən sui-istifadə etmələri və özbaşınalıqları nəticəsində qolumdan zorla (cinayətkarcasına) 25 000 ABŞ dolları dəyərində qol saatım alınaraq, anbara qoyulub.

Dəfələrlə müraciət etdikdən sonra mənə bildirildi ki, saat anbardan oğurlanıb və bu barədə Gömrük İdarəsində təhqiqat araşdırması aparılır. 4 ay (qanunla 10 gün olmalıdır) təhqiqat araşdırması aparıldıqdan sonra, cinayət işi başlanılması üçün material Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərildi.

Bu günə qədər həmin material Baş Prokurorluq tərəfindən araşdırılır və bu barədə AR DİN-in HNBPİ-də 16.03.2024, 23.07.2024, 21.12.2024-cü il tarixli, Xəzər Rayon Prokurorluğunda 28.03.2024 və 14.05.2024-cü il tarixli, Baş Prokurorluqda isə 24.10.2024 və 06.02.2025-ci il tarixli, yəni 7 dəfə qərar qəbul olunub. Lakin hələ də araşdırma aparılır və baş vermiş cinayət hadisəsi ört-basdır edilir. Görünür, bu işdə böyük qüvvələr maraqlıdır.

Bu günə qədər nə mənim saatım qaytarılıb, nə də mənə dəymiş maddi ziyan ödənilib. Bu barədə iki dəfə AR DGK-nın sədri Şahin Bağırov və Baş prokuror Kamran Əliyevin qəbulunda olsam da, heç bir nəticə əldə olunmayıb. Əksinə, mənə qarşı özbaşınalıq, hədələr və təxribatlar davam edir.

Mənə qarşı baş vermiş aşağıdakı qanun pozuntuları cavabsız qalır:

1. Gömrük işçiləri tərəfindən qolumdan saatım zorla alınıb, yəni xidməti vəzifədən sui-istifadə (soyğunçuluq) edilib. Bu barədə Ulu öndər Heydər Əliyevin məşhur çıxışı var.

2. Qanunla məndən alınmış saat ölkədən geri qaytarılması üçün hava limanında saxlanca qoyulmalı olduğu halda, nə üçün kargo anbarına göndərilib?!

3. Mən saatı ölkədən geri qaytarmaq üçün ərizə ilə müraciət etsəm də, Gömrük işçilərinin süründürməçilik və özbaşınalığı nəticəsində 1 aydan çox uzadılıb və oğurlanıb.

4. Nə üçün faktla bağlı Gömrük İdarəsində təhqiqat araşdırması 4 aya yekunlaşıb(qanunla 10 gün müddətində yekunlaşmalıdır)?!

5. Mənim qolumdan saatımın alınmasına, anbardan oğurlanmasına aid bütün kamera görüntüləri silinib.

6. Bu günə qədər nə mənim saatım qaytarılıb, nə maddi ziyan ödənilib, nə də fakta görə cinayət işi başlanıb, yəni bütün qanun pozuntuları ört-basdır olunub.

Cənab Prezident!

Mən Sizinlə fəxr edirəm və inanıram ki, ədalət öz yerini tapacaq”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:388
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 İyul 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri