Icma.az
close
up
RU
Gömrükdəki köhnə iddialar və kölgələr Yeni sistem də bir işə yaramırsa...

Gömrükdəki köhnə iddialar və kölgələr Yeni sistem də bir işə yaramırsa...

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Ondan başlayaq ki, Gömrük Komitəsinin bütün sədrlərinin dövründə bu sahədə müxtəlif problemlərin varlığının, sahibkarlarla qurum arasında müxtəlif narazılığın şahidi olmuşuq. İnsafən demək lazımdır ki, yeni Komitə sədri Şahin Bağırovun dövründə əvvəlki illərdə yaranan daha ciddi, biabrıçı, daha dərin problemlər, sistemsizlik aradan qaldırılıb, sistem demək olar ki, avtomatlaşdırılıb, tam olmasa da müəyyən müsbət sistemli hala salınıb.
Amma bu o demək deyil ki, Gömrük sistemində hər şey idealdır. Təbii ki, uzun illərin qalaqlanmış problemlərini qısa bir zamanda düzəltmək, tamamilə şəffaflaşdırmaq çətindir. Hələ o yerdə külli miqdarda pul varsa və ya milyonları qazanmaq mümkündürsə.
Bu ölkədə hər kəs yaxşı bilir ki, Gömrük işində böyük pul, qazanc var və bu sahə sıradan bir sahə deyil. Amma əvvəlki Gömrük sədrlərinin dövründə olan daha böyük qanunsuzluqların indi şahidi olmasaq da, müəyyən nöqsanları, işlərin tamamilə şəffaf şəkildə getmədiyini də demək lazımdır. Yəni, Azərbaycanın Gömrük sistemində hər şey tamamilə ideal deyil. Təkcə uzun illərdir davam edən "qanunsuz şirkətlər" problemi nəinki kökündən aradan qaldırılıb, əksinə başqa bir müstəvidə, başqa bir formada məntiqi ardıcıllıqla fəaliyyətdədir.
Bu günlərdə gömrük sistemində sükutu pozan, ciddi ittihamlı bir hadisə baş verdi. Ölkənin demək olar ki, əksər mətbu orqanlarında “Lion Centre” MMC-nin direktoru, iş adamı Ramil Aslanovun ciddi ittihamları səsləndi. İş adamı Ramil Aslanov iddia edirdi ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov ondan saxta hesablamalar və sənədlərlə 97 min manat pul tələb edib və işi Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinə göndərib. Sübut əhəmiyyəti kəsb etməyən sənədlərə əsaslanaraq cinayət işi qaldırıb.

Bütün bunlardan sonra Gömrük Komitəsi də “Lion Centre” MMC-nin rəhbərinin şikayətinə münasibət bildirib. 5 bəyannamə üzrə malların invoys qiymətləri şübhə doğurduğundan araşdırma aparılıb. Sənədlərə əsasən qeyd edilən mallara dair invoys qiymətlərinin dəfələrlə azaldılması və nəticədə xeyli miqdarda, cəmi 98 min manata yaxın məbləğdə gömrük ödənişlərinin ödənilməsindən qəsdən yayınılması müəyyən olunub.
Həmçinin qurumun rəsmi məlumatlarında qeyd olunub ki, “Lion Centre” MMC-nin rəhbəri yanlış məlumatlar yayır: “2024-cü il və 2025-ci ilin ilk 4 ayı ərzində “Lion Centre” MMC adlı sahibkarlıq subyekti gömrük rəsmiləşdirilməsinə 100 ədəd gömrük bəyannaməsi təqdim edib. 100 ədəd gömrük bəyannaməsi üzrə dəyər dürüstləşdirilməsi nəticəsində fərq məbləği 1 532 398 manatdır ki, bu fərqlərin 87%-i bəyannamənin ilkin tərtibatı zamanı sahibkar tərəfindən könüllü surətdə reallaşdırılıb. “Lion Centre” MMC adına rəsmiləşdirilən hər bir gömrük bəyannaməsi üzrə uyğunsuzluqların aşkar edilməsi və düzgün bəyan etməmə faktları mütəmadi hal alıb. “Lion Centre” MMC tərəfindən əvvəllər də dəfələrlə gömrük qaydalarının pozulması hallarına yol verilib.

Elə əsas məsələ də budur. Sahibkar bir söz deyir, rəsmi qurum başqa söz... Yəni, hər iki tərəf bir birini ittiham edir. Elə problem də budur... Bütün bu faktlardan sonra bir daha söyləmək olar ki, Gömrükdə hələ də tam şəffaf sistem fəaliyyət göstərmir və sahibkarlarla rəsmi qurum arasında bir etibarsızlıq, inamsızlıq və müəyyən intriqa mövcuddur.
Ümumiyyətlə, belə qalmaqallı mövzuların zaman-zaman şahidi oluruq. Bəzən sahibkarlara dəstək verən məmurlar və ya "köhnə gömrükçülər" gömrüklə sahibkarlar arasında böyük bir uçurum yaratmaqda maraqlı olurlar. Onların müəyyən mənada dəstəkçisinə çevirilib sahibkarla rəsmi qurum arasında narazılıq yaratmağa çalışırlar. Əvvəlki illərdə də belə məlumatların dəfələrlə şahidi olmuşuq. Filan gömrük məmuru filan şirkətə böyük dəstək verir, onun əli ilə qazanır və sairə... Təbii ki, bu əvvəl də olub, indi də var. Yayılan məlumatları, ortaya çıxan faktları izlədikcə maraqlı detallar ortaya çıxır. Bəzən bu detallara göz gəzdirdikcə ortaya yuxarıda ehtimal edilən halların oxşarlığı yaranır.
Ümumiyyətlə, Azərbaycanın Gömrük sistemi tam şəffaf deyil və burda müəyyən problemlər mövcuddur. Bunu danmaq mümkün deyil. Bəzən isə bu problemlərin səbəbi elə sahibkarların özlərinin qanunları pozmaları, bilməmələri və ya müəyyən hallarda işi ciddiyə almadıqları üçün yaranır.
Məqalələrdə maraqlı bir nüans keçir və bu eynilə əvvəlki illərdə olduğu kimi eyni dalğa, eyni koordinatı xatırladır.
İş adamı şikayətində deyib ki, Baş Gömrük idarəsinin rəisi Elmir Ramazanov ona və şirkətinə qarşı təzyiqlər göstərilməsi üçün Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinə sifariş verib. Hazırda Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinin rəis müavini vəzifəsində çalışan İlkin Bağırov cinayət işi qaldırıb.
Diqqət edin, həmişə olduğu kimi, yenə də Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsi və müavinin adı hallanır... Deməli nə varsa, elə burda var. Deməli bu İdarənin işində ya hələ də əmmalar var, ya da sahibkarlar bu İdarənin işinə kölgə salmağa çalışırlar. Sahibkarlara inansaq əmma var, quruma inansaq sahibkarlar səhv addımlar atır.

Xatırlayırsızsa, DGK-nın sabiq sədri Səfər Mehdiyevin zamanında bu postu, Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinin rəis müavini vəzifəsini Fikrət Ələsgərli tuturdu. F. Ələsgərli DGK Əməliyyat-İstintaq Baş İdarəsinin həbs edilən rəisi Məsum Rəsulovun müavini idi. Bu şəxslərin hər ikisi DGK-nın sabiq sədr Səfər Mehdiyevin kadrlarından hesab olunurdu. Səfər Mehdiyevin sədr olduğu dönəmdə sahibkarlar əsasən Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsindən şikayət edər, rəis müavini Fikrət Ələsgərlinin adını çəkədrilər. Sonradan Fikrət Ələsgərli vəzifədən uzaqlaşdı və iş adamı kimi fəaliyyət göstərəcəyini açıqladı.

Ümumiyyətlə, Gömrük komitəsində zaman-zaman köhnə komanda ilə yeni komanda arasında ciddi konfliktlərin şahidi olmuşuq. Yuxarıda da qeyd etdiyimiz kimi, sahibkarları öz kurasiyalarına alan Gömrük məmurları işdən çıxarıldıqdan sonra yenə də qurumda qalan köhnə komanda yoldaşlarının əli ilə öz fəaliyyətlərini davam etdirirlər. İstəkləri baş tutmadıqda sahibkarları qurumdan narazı olmağa sövq edirlər. Bəzən köhnə komanda üzvləri yaranmış vəziyyətdən istifadə edərək yeni komanda üzvlərini günahlandırmağa, onları qaralamağa çalışır, yeni komanda isə əlindəki imkanlardan istifadə edərək özünü müdafiə etməyə cəhd edir. Uzun illərdir belə halların şahidi oluruq. Bəlkə də elə gömrükdə köhnədən qalanlar vəziyyətin bu həddə çatmasını bilərəkdən istəyir. Yəni bu onu göstərir ki, gömrükdə vəziyyət hələ də ürəkaçan deyil və hələ də köklü islahatlara ehtiyac var.
Bütün bu hallar bütünlüklə ölkənin və gömrüyün fəaliyyətinə, quruma qarşı inama ciddi təsir göstərir, davamlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən, ölkəsinə gəlir gətirmək istəyən sahibkarların fəaliyyətinə kölgə salır, onları qorxudur. Məmur davaları, köhnə komanda üzvlərinin davamlı təzyiqləri, yeni komandanın fəaliyyətini zəiflətmək və gözdən salmalar birbaşa dövlətə ziyan vurur ki, bunun təsirini xalq görür.
Bu gün Azərbaycan Gömrük sistemində hər şey əla olmasa da, əvvəlki illərdən çox fərqlənir. Bunu etiraf etmək lazımdır. Amma onu da demək lazımdır ki, bəzi məqamlarda çatışmazlıqlar mövcuddur ki, bu da yenə köhnə komanda üzvlərinin, milyonlar qazanan və ya qazanmaq istəyən məmurların, köhnə gömrükçülərin və ya lap elə təzə gömrükçülərin qanunsuz, naşı əməllərinin nəticəsidir.
Bu gün hansısa bir sahibkar qanunsuz olaraq incidilirsə, yolverilməzdir. Yaxud əksinə, hansısa sahibkar Gömrüyə haqsız olaraq qara yaxmağa çalışırsa bu da yol verilməzdir. Tam şəffaf şəkildə fəaliyyət həyata keçirilməlidir – istər dövlət qurumu, istərsə də sahibkar öz məsuliyyətini hiss etməli və qanunların tələblərindən irəli gələrək addım atmalıdır. Qara atmaqla, ləkələməklə, sahibkarı incitməklə, qanunsuz əməllərinə göz yummaqla Azərbaycanın inkişafına, büdcənin güclənməsinə nail olmaq mümkün deyil. (Bizimxeber)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 12 May 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see252

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see218

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see150

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see136

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri