Gömrükdəki əməliyyat “Mehdiyev işi” ilə əlaqəlidir? YENİ FAKTLAR
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi çərçivəsində Dövlət Gömrük Komitəsinin bir neçə vəzifəli şəxsi saxlanılıb.
Komitənin Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsinin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə, İdarənin Liman Məntəqəsinin rəisi Fərid Usubov saxlanılanlar arasındadır. Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov da həbs edilib.
Modern.az-ın məlumatına görə, Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsi dəniz daşımaları və neft ticarəti ilə bağlı strateji yüklərə nəzarət edən qurumlardan biridir. Dövlət Gömrük Komitəsinin rəsmi saytında yerləşdirilən məlumata görə, hazırda İdarəyə Həsən Eyubov rəhbərlik edir.
Ondan əvvəl isə sözügedən qurumun rəisi Telman Mehdiyev olub. “EuroHome” ticarət mərkəzinin gizli sahibi olduğu iddia edilən Mehdiyev 2022-ci ilə qədər bu quruma rəhbərlik edib. Daha sonra Qərb Baş Gömrük İdarəsinin rəisi təyin edilib. O, 2023-cü ilin yanvarında “pensiya yaşı” ilə əlaqədar istefaya göndərilib.
Gömrük xidməti generalı olan Telman Mehdiyev ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qohumudur. General Ramiz Mehdiyevin qardaşı oğlu kimi təqdim edilsə də, açıq mənbələrdə onların ailə bağları təsdiqlənmir. Ramiz Mehdiyev uşaqlıq illərini Naxçıvanda başqa ailədə keçirib və onun bioloji qohumları barədə ziddiyyətli məlumatlar mövcuddur.
Son günlər isə Təlman Mehdiyevin adı yenidən gündəmə gəlib. “Ramiz Mehdiyev işi” çərçivəsində mümkün həbs olunacağı iddia edilən şəxslərin siyahısında onun da adının hallandırıldığı deyilir. Hazırda Dövlət Gömrük Komitəsində aparılan əməliyyatların "Mehdiyev işi" ilə əlaqəli olub-olmadığını məlum deyil.
Saxlanılan şəxslərə 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham elan olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 11 Dekabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















