Icma.az
close
up
RU
Google niyə Azərbaycan nömrələrinə SMS göndərmir? AÇIQLAMA

Google niyə Azərbaycan nömrələrinə SMS göndərmir? AÇIQLAMA

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son zamanlar “Google” üzərindən “Gmail” hesabı açmaq üçün tələb olunan təsdiq kodu Azərbaycan mobil nömrələrinə SMS vasitəsilə göndərilmir. Bu problem artıq uzun müddətdir ki, müşahidə olunur və demək olar ki, kütləvi xarakter daşıyır. Nəticədə, istifadəçilər yeni hesab yaratmaq və ya mövcud hesablarına giriş etməkdə çətinliklərlə qarşılaşırlar.

Bəs problemin səbəbi nədir?

İKT üzrə mütəxəssis Fərhad Mirəliyev Metbuat.az-a açıqlamasında sözügedən problemlə əlaqədar hansısa rəsmi qərar qəbul edildiyini düşünmədiyini deyib.

Onun sözlərinə görə, belə hallar fərdi qaydada baş verə bilər və bu cür problemlərin həlli üçün mütləq şəkildə texniki dəstək xidmətinə müvafiq məlumatlarla birlikdə müraciət etmək lazımdır:

“Əslində, qeydiyyatdan keçmək və “gmail” ünvanı əldə etmək üçün həmişə mobil nömrəyə ehtiyac duyulmur. Mobil nömrə olmadan da alternativ üsullarla e-mail ünvanı yaratmaq mümkündür. Bundan əlavə, “Google” şirkəti mobil nömrələrin bir neçə hesabda istifadə edilməsinə qarşı yeni məhdudiyyətlər tətbiq edib. Belə ki, bir mobil nömrənin həddindən artıq çox hesabda qeydiyyatdan keçməsi artıq mümkün deyil. Ola bilər ki, siz mobil nömrənizi daxil etdikdə sistemdə xəta görünür. Bunun səbəbi həmin nömrənin artıq başqa bir hesabda qeydiyyata salınması və müəyyən limitin dolması ola bilər”.

Ekspert qeyd edib ki, son zamanlar mobil nömrələrin təkrar alınması və qeydiyyatı geniş yayılıb:

“İnsanlar mağazalardan mobil nömrələr əldə edərkən onların əvvəlki istifadə tarixi və hansı hesablarla bağlı olması haqqında məlumatlı olmurlar. Ola bilər ki, həmin nömrə əvvəlki sahibi tərəfindən hansısa xidmətlərə qoşulub və ya müəyyən hesablarla əlaqələndirilib. Təəssüf ki, bu cür hallar yalnız nömrəni aldıqdan sonra məlum olur. Qısacası, əgər qeydiyyat zamanı xəta ilə qarşılaşırsınızsa, bunun mümkün səbəblərindən biri həmin nömrənin artıq başqa bir hesaba ehtiyat nömrə kimi əlavə olunmasıdır. Bu nömrəni siz qeyd etməmisinizsə, əvvəlki sahibi qeyd etmiş ola bilər. Belə hallar araşdırma tələb edir və problemin həlli üçün müvafiq texniki dəstək xidmətinə müraciət etmək tövsiyə olunur”.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:477
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 21 Fevral 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see368

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see252

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see251

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see235

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see229

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see224

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see218

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see213

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see210

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see206

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see202

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see201

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see190

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see184

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see183

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see179

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see177

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see177

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see169

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri