Icma.az
close
up
RU
Rusiyadan Azərbaycan nömrələrinə niyə SMS gəlmir?

Rusiyadan Azərbaycan nömrələrinə niyə SMS gəlmir?

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Son günlər Rusiyadan Azərbaycan nömrələrinə SMS və zənglər gəlmir. Bu səbəbədən istifadəçilər "Telegram" və "Meiru" kimi tətbiqlərdə qeydiyyatdan keçmək istəyərkən çətinlik yaşayırlar.

İKT üzrə ekspert Fərhad Mirəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, Rusiyada bir neçə gündür ki, qeyri Rusiya mənşəli tətbiqlərə müəyyən məhdudiyyətlər tətbiq olunur.

Onun sözlərinə görə əsas məqsəd yerli vətəndaşları "Max", "Molniya" kimi milli tətbiqlərə keçməsinə sövq etməkdir:

“Rusiya Federasiyası hal-hazırda digər ölkələrlə hərbi əməliyyatlar aparır, aktiv şəkildə müharibədə iştirak edir. Amma müharibələr təkcə hərb meydanında deyil, həm də informasiya mühitində aparılır, yəni artıq hibrid müharibələr dövrüdür. Bu səbəbdən Rusiya Federasiyası çalışır ki, ölkədə informasiya mühitini tam şəkildə idarə etsin. Müxtəlif qanunverici aktlarla Qərb mənşəli proqram təminatlarını nəzarət altına almağa, onların serverlərinin ölkə ərazisində yerləşdirilməsinə və istifadəçi məlumatlarının təqdim edilməsinə nail olmağa çalışır. Lakin proqram təminatı istehsalçıları çox vaxt bu sorğuları rədd edirlər. Alternativ variantlardan istifadə etməklə Rusiya müxalif düşüncəli, qərbyönümlü vətəndaşları aşkar etmək, onlara qarşı tədbirlər görmək üçün rusiyalı mənşəli proqram təminatlarını yayır. Bu yolla yazışmalar və zənglər xüsusi xidmət orqanları tərəfindən dinlənilir, təhlil olunur və lazım gəldikdə sərt tədbirlər görülür”.

Ekspert qeyd edib ki, son günlər "WhatsApp" və "Telegram"ın səsli xidmətləri də bloklanıb:

“Rəsmi açıqlamalarda bildirilir ki, bu zənglər vasitəsilə kibercinayətkarlar vətəndaşlara təzyiq göstərir, təhdid edir və maddi zərər vururdular. Lakin mənim fikrimcə, Rusiya Federasiyası uzun müddətdir ki, WhatsApp və Teleqramdan istifadəçilər barədə məlumatların təqdim olunmasını tələb edir. Bu tələblərə kibercinayətkarlıq və terror hadisələrinin qarşısının alınması da daxil edilsə də, şirkətlər istifadəçi razılaşmasına əsasən bu məlumatları təqdim etmir. Buna görə də Rusiya Federasiyası məsələni öz əlinə almaq üçün qlobal internetdən təcrid olunma siyasəti aparır. Qərb mənşəli proqram təminatları və internet resursları bloklanır, insanlar VPN-dən istifadə edərək çıxış əldə edirlər. Hazırda isə bunun da qarşısı alınmağa çalışılır və ölkə daxilində lokal internet zonası yaradılır ki, bu internet tam şəkildə dövlət tərəfindən idarə olunsun və nəzarətdə saxlanılsın. Əlbəttə ki, qlobal internetdə bu cür müdaxilə imkanları mümkün deyil”.

Ülkər Cəlilzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 18 Avqust 2025 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri