Google Səudiyyə Ərəbistanının süni intellekt fonduna dəstək verib
Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
“Google” Səudiyyə Ərəbistanında yerləşən vençur kapitalı şirkəti “STV”yə 100 milyon dollarlıq süni intellekt fondu ianə edib.
Banco.az xəbər verir ki, Səudiyyə Ərəbistanı mərkəzli vençur kapitalı şirkəti “STV” ABŞ prezidenti Donald Trampın krallığa etdiyi səfər zamanı elan olunan bir sıra razılaşmalar çərçivəsində, “Google”un dəstəyi ilə 100 milyon dollarlıq süni intellekt fondu yaradıb.
Verilən məlumata görə, bu fond Yaxın Şərq və Şimali Afrikadakı erkən mərhələdə olan startaplara fokuslanacaq və infrastrukturun inkişafı layihələrini dəstəkləyəcək. “Google”un ana şirkəti “Alphabet”in fonda nə qədər sərmayə qoyduğu isə açıqlanmayıb.
Bu tərəfdaşlıq Tramp və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman arasında Ər-Riyadda keçirilən görüş zamanı ABŞ ilə Səudiyyə Ərəbistanı arasında imzalanmış çoxsaylı razılaşmalardan biri olub. Razılaşmalar müdafiə və enerji sahələrini əhatə etsə də, xüsusilə süni intellekt və texnologiya sahələrinə yönəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 14 May 2025 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















