Icma.az
close
up
RU
Şeyxülislam Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

Şeyxülislam Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.

Səfiri səmimi salamlayan Şeyxülislam iki dost ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb, dövlət başçılarının – Prezident İlham Əliyevlə İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səud və Vəliəhd, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudla dostluq əlaqələrinin bu məsələdə vacib rolunu qeyd edib. Şeyxülislam ikitərəfli münasibətlərə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirib.

Şeyxülislam Allahşükür Paşazadə müxtəlif sahələrdə, o cümlədən, dini sahədə əlaqələrin davamlı inkişafının vacibliyini söyləyib. QMİ sədri builki Həcc mövsümündə Azərbaycandan olan zəvvarlara göstərilən xoş münasibət üçün Krallığın Həcc və Ümrə Nazirliyinin rəhbərliyinə təşəkkürünü çatdırmağı diplomatdan xahiş edib.

Səfir növbəti dəfə görüş imkanı yaratdığı üçün Şeyxülislama minnətdarlığını bildirib. Başa çatan Həcc mövsümündə Səudiyyə Ərəbistanını bir milyon yeddi yüz mindən çox zəvvarın ziyarət etdiyini deyən diplomat Allah qonaqlarının təhlükəsizliyi və rahatlığı üçün ölkəsinin həyata keçirdiyi işlər barədə məlumat verib. Diplomatın sözlərinə görə, Həcc mövsümündə 200-ə yaxın dövlətlə daim təmasda olan Həcc və Ümrə Nazirliyi Azərbaycan həcc missiyasının işini yüksək qiymətləndirib. Missiyanın fəaliyyətinə yaratdığı şəraitə görə QMİ sədrinə təşəkkür edən səfir, Azərbaycanlı zəvvarların ziyarətlərini təhlükəsiz və rahat şəkildə həyata keçirmələri üçün bundan sonra da zəruri addımların atılacağını bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://azpost.info
archiveBu xəbər 17 İyul 2025 22:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri