“Google”un məxfi sənədləri oğurlandı
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ federal məhkəməsi keçmiş “Google” mühəndisi Linvey Dinqi süni intellektlə bağlı məxfi ticarət sirlərini oğurlayaraq, Çində yerləşən texnologiya şirkətlərinin xeyrinə istifadə etməkdə təqsirli bilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Dinq 2022-2023-cü illərdə “Google”a məxsus 2000-dən çox sənədi, o cümlədən, superkompüter infrastrukturu və Tensor Emal Bloku (TPU) ilə bağlı materialları qanunsuz olaraq şəxsi hesablarına yükləyib.
Federal münsiflər heyəti onu yeddi iqtisadi casusluq və yeddi ticarət sirrinin oğurlanması maddəsi üzrə təqsirli sayıb.
Dinqi iqtisadi casusluq üzrə 15 ilə, digər ittihamlar üzrə isə 10 ilə qədər həbs cəzası gözləyir. Hökmün elan olunması 3 fevral 2026-cı il tarixinə təyin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 31 Yanvar 2026 05:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















