Fransada “Google“un aktivlərinə həbs qoyulub
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransanın məhkəmə orqanları "Google" şirkətinin ölkədəki 1.9 milyard avro (təxminən 3.8 milyard manat) dəyərində aktivlərinə qarşı həbs tətbiq ediblər.
.Moderator.az TASS-a istinadən xəbər verir ki, vəkil Uilyam Jülyenin sözlərinə görə, aktivlər Rusiyanın "Google" MMC şirkətinin "Google Ireland Limited" şirkətinə qarşı qaldırdığı iddia ilə əlaqədar dondurulub.
"Məhkəmə icraçısı "Google France" şirkətinin baş ofisinə gələrək 1.9 milyard avro məbləğində təminat məqsədli həbs qərarı barədə bildirişi təqdim edib", - deyə vəkil bildirib.
Hüquqşünasın sözlərinə görə, söhbət şirkətin bank hesablarının birbaşa dondurulmasından getmir. Həbs "Google France" şirkətinin müqavilə münasibətləri çərçivəsində İrlandiyadakı bölməsi qarşısında yerinə yetirməli olduğu öhdəliklərə tətbiq edilib. Bu münasibətlərdə Fransa tərəfi üçüncü şəxs qismində çıxış edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 25 Noyabr 2026 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















