Goranboyda bədii gimnastika üzrə bölgələrarası kubok yarışının qalibləri müəyyənləşdi FOTO
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Goranboy Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə keçirilən IX bölgələrarası kubok yarışının qalibləri müəyyənləşib.
Redaktor.az xəbər verir ki, ölkənin müxtəlif bölgələrini - Abşeron, Ağdaş, Gəncə, Kürdəmir, Qax, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şəmkir, Şirvan, Şamaxı, Talaçay və Zaqatalanı təmsil edən 60-dan çox gimnast bu yarışda öz bacarıqlarını nümayiş etdiriblər.
Yarışın ilk günündə balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyasında çıxış edən idmançılar çoxnövçülük proqramı üzrə performanslarını təqdim ediblər. İkinci gün isə təsnifat mərhələsində fərqlənən gimnastlar mükafatlandırılıblar.
2015-ci il təvəllüdlülər: Zaqatala, Şəmkir, Naxçıvan
2016-cı il təvəllüdlülər: I və II yerlər - Abşeron, III yer - Zaqatala
2017-ci il təvəllüdlülər: I yer - Sumqayıt, II və III yerlər - Mingəçevir
Yeniyetmələr
2012-ci il təvəllüdlülər: Zaqatala, Abşeron və Ağdaş
2013-cü il təvəllüdlülər: Zaqatala, Ağdaş və Şirvan
2014-cü il təvəllüdlülər: Gəncə, Zaqatala, Naxçıvan
Gənclər (2010-2011-ci il təvəllüdlülər) yaş kateqoriyasında: I və III yerlərə Zaqatala, II yerə isə Şirvan təmsilçiləri sahib çıxıblar.
Yarış zamanı gimnastlar yüksək motivasiya, peşəkar hazırlıq və estetik performanslarla seçiliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 26 May 2025 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















