Goranboyda icra başçısı yanında Şuranın iclası keçirilib FOTOLAR
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
Goranboy Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın keçirilən növbəti iclasında Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22.12.2025-ci il taarixli Sərəncamından irəli gələn məsələlərin icrasının təmin edilməsi, Rayon ərazisində təhsildən kənarda qalanların təhsilə cəlb edilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə, Yazlıq əkin barədə təhlilin aparılması və Goranboy rayonunun 2026-ci il üçün "Gənclər Paytaxtı" seçilməsi ilə bağlı rayonun fəal gəncləri ilə görüşlərin keçirilməsi və maarifləndirici işin aparılması məsələləri müzakirə edilib.
"Unikal" xəbər verir ki, Goranboy rayonunun 2026-ci il üçün "Gənclər Paytaxtı" seçilməsi ilə bağlı, ümumrayon açılış mərasiminin və il ərzində silsilə tədbirlərin yüksək səviyyədə təşkili məqsədilə aidiyyəti xidmət sahələri və təşkilatlarla birgə əlaqəli operativ iş mexanizminin qurulmasının vacibliyi diqqətə çatdırılıb, bu istiqamətlərdə lazımi işlərin vaxtında və tələblər çərçivəsində yerinə yetirilməsi ilə bağlı tapşırıq və tövsiyələr verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 02 Fevral 2026 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















