Icma.az
close
up
RU
Ağstafa RİH başçısı yanında Şuranın növbəti iclası keçirilib FOTOLAR

Ağstafa RİH başçısı yanında Şuranın növbəti iclası keçirilib FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

"Unikal" xəbər verir ki, RİH başçısı aparatının inzibati binasında keçirilən iclasda Şuranın üzvləri, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların məsul şəxsləri, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.   

İclası giriş nitqi ilə açan RİH başçısı bildirib ki, Ümummilli Lider Heydər Əliyevin  hər bir vətəndaşın mənafeyinə xidmət edən  sosial-iqtisadi inkişaf strategiyası ölkəmizin taleyüklü məsələlərinin həllini mümkün etdi. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında özünün tarixi inkişaf dövrünü yaşayan Azərbaycan iqtisadi potensialını, hərbi qüdrətini, təsir imkanlarını ilbəil artırmaqla beynəlxalq arenada böyük inam qazanıb. Bu çərçivədə qəbul edilən çoxşaxəli Dövlət Proqramları, icra olunan digər kompleks tədbirlərin görülməsi nəticəsində bölgələrin inkişafına, o cümlədən işğaldan azad edilən əzəli ərazilərimizdə yeni infrastrukturun yaradılması, genişmiqyaslı bərpa və quruculuq işlərinin görülməsi, investisiyaların yönəldilməsi, əlverişli sahibkarlıq mühitinin formalaşdırılması, əhalinin sosial təminatının gücləndirilməsi, aqrar sektorun inkişafı ilə bağlı işlər böyük uğurla davam etdirilir. Gündəlikdə duran məsələlər diqqətə çatdırıldıqdan sonra söz məruzəçilərə verilib.

Öz növbəsində Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ramiz İmanov, Ağstafa Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin müdiri Fərid Eyyubov, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Sənan Quliyev və “Ağstafaçay” Hidroqovşağı İstismarı İdarəsinin baş mühəndisi Sənan Quliyevin məsul olduqları sahələr üzrə 2025-ci ilin birinci rübünün yekunlarına dair hesabatları dinlənilib.

Gündəlikdə duran digər məsələ ilə əlaqədar isə Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova rayonda gənclərin asudə vaxtının səmərəli təşkil edilməsinin təmin olunması və idman yarışları, turnirlər, idman bayramlarının keçirilməsinə köməklik göstərmək və olimpiya idman növlərinin gənclər arasında təbliği sahəsində işin təşkil edilməsinə dair geniş məruzə ilə çıxış edib.

Məsələlər ətrafında geniş müzakirələr aparılıb, mövcud çatışmazlıqların qısa zamanda aradan qaldırılması istiqamətində  aidiyyəti üzrə məsul şəxslərə nəzarət qaydasında konkret tapşırıqlar və bir sıra tövsiyələr verilib. Yekunda Şuranın müvafiq qərarları qəbul olunub.

Seymur Orucov həmçinin Ağstafa rayonunun ictimai-siyasi həyatında fərqləndiklərinə görə Azərbaycan televiziyasının (AzTV) Qərb bölgəsi üzrə müxbiri Nəbiyev Alməmməd Hacı oğlunu və rayon ictimaiyyətinin nümayəndəsi Məmmədov Arif Allahevrdi oğlunu Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edib. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://unikal.az
archiveBu xəbər 09 Aprel 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri