Icma.az
close
up
RU
GORANBOYDA “YEZİD” PEYDA OLUB Mərkəzdən evinə içməli su gətirmək istəyən sakin şərlənərək həbs olundu

GORANBOYDA “YEZİD” PEYDA OLUB Mərkəzdən evinə içməli su gətirmək istəyən sakin şərlənərək həbs olundu

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Rayon rəhbərliyi sakinləri suya həsrət qoyublar...

Goranboy rayonu, Qızılhacılı qəsəbə sakini Əhmədov Ramin İsa oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Mən, Əhmədov Ramin İsa oğlu, yazaraq bildirirəm ki, Sovet quruluşu dağılandan sonra yaşadığımız Qızılhacılı qəsəbəsində susuzluqdan əziyyət çəkirik. Əkin sahələrimiz susuzluqdan quruyur. Təbii suvarma su mənbəyi - Tərtər çayından gələn su imkanlı şəxslərin istifadəsi üçün ayrıldığından, biz sakinlər illərdir zülm çəkirik.

Bildirim ki, Tərtər çayının suyu imkanlı şəxslərin örüş və əkin sahələrinin suvarılması üçün ayrılmışdır. Kasıb təbəqə isə mexaniki, yeni artezian quyularından istifadə edir və öz əkin sahəsini Kür çayından ayrılmış Qarabağ kanalından çəkilən su borusu vasitəsi ilə suvarırdı. Hansı ki, bu qaydada suvarma həddindən artıq ernerji sərfiyyatına səbəb olur. Bu sərfiyyatın az da olsa qarşısını almaq üçün rayonun Suvarma Sistemləri İdarəsi mexaniki  su qurğularını qeyri-müəyyən vaxtadək dayandırdı. Hazırda kənd sakinləri içməli su təlabatını ödəmək üçün mərkəzə gedib, su gətirirlər.

İcra Hakimiyyəti, Bələdiyyə və digər rəsmi qurumların məsələdən xəbəri var. Su gətirməyə gedən insanlar qəsəbənin mərkəzində yerləşən mağazanın və işıqforun altında toplaşıb, maşın gözləyirlər.

Bələdiyyənin işçiləri şikayət etməyimizə imkan vermir.  Sanki insanlar uçaraq su daşımalıdırlar. İnsanlar öz narazılığını bildirir, amma əhəmiyyət vermirlər.

Sonuncu dəfə onlar insanları işıqforun, mağazanın yanından dağıtmağa çalışanda mübahisə düşdü. Orada olan kameralarda bütün görüntülər əks olunub. Ərazi nümayəndəsi və Bələdiyyə sədri yalançı şahidləri yığaraq qardaşım Əhmədov Rasim İsa oğlunu şərləyib, 5 gün müddətinə həbs cəzası verdirdilər. Günahı isə evinə mərkəzdən su gətirmək istəyi olub.

Daha sonra İcra nümayəndəsi məni hədələyərək, harasa şikayət versən, sənin, qardaşınında başına oyun açdıracam. Əgər qardaşının sağ-salamat evinizə gəlməyini istəyirsinizsə, sakitcə oturun, yoxsa, sizin üçün heç yaxşı olmaz”, - dedi.

Bələdiyyədə işləyən Elnur və köməkçisi Kamil Qasımov biz sakinlərin qarşısını kəsib, gedib İcra hakimiyyətinə və digər qurumlara şikayət etməyə qoymur. Şikayət etmək istəyən hər kəsi şərləyib həbs etdirirlər. Polis isə məsələnin mahiyyətini araşdırmır. Bu iki şəxsin dəqiq hansı vəzifəni icra etdiklərini bilmirik, amma Bələdiyyənin işçiləri olduğu bəllidir”.

Məsələ ilə bağlı yazıda adı çəkilən Bələdiyyə işçisi Kamil Qasımovla əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimizi cavabsız qoydu.

Jalə FAMİLQIZI

P.S. Atalar yaxşı deyib, “qulaq gündə bir söz eşitməsə, kar olar”. Dağların qoynundan, çaylardan gələn suların varlı təbəqəyə ayrıldığı bir daha öz təsdiqini tapır. Ən gözəl, səfalı yerləri zəbt edən yuxarı təbəqə indidə suyumuzu zəbt etməyə başlayıb.

P.P.S. Yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 Sentyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri