Icma.az
close
up
RU
Menu

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

Goranboyun dağlarında şəhid övladları üçün bir gün xatirələrlə dolu yay düşərgəsi

Goranboyun dağlarında şəhid övladları üçün bir gün xatirələrlə dolu yay düşərgəsi

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Goranboyun füsunkar dağ mənzərələri bu dəfə ayrı bir gözəlliyə bürünmüşdü. Aşağı Ağcakəndin sərin meşəliyində, qəlbləri kövrək, baxışları isə ümidlə dolu balaca qonaqlar toplaşmışdı. Onlar sıradan uşaqlar deyildi – onlar Vətən uğrunda canından keçən igidlərin əmanətləri, şəhid övladları idi.

Bu mənalı tədbir Goranboy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı rayon komitələrinin dəstəyi ilə həyata keçirildi. Məqsəd təkcə uşaqlara xoş anlar bəxş etmək deyildi – məqsəd onlara hiss etdirmək idi ki, onlar unudulmayıb, sevilirlər, qorunurlar.

Tədbirə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev də qatıldı. O, uşaqlarla bir masa arxasında deyil, bir qəlb çevrəsində söhbət etdi. Sadə, səmimi, ata kimi. Onlara xoş arzularını çatdırdı, gülümsədi, dinlədi, başlarını sığalladı. Bütün bu anlar bir daha göstərdi: bu torpağın övladları tək deyil.

Təbiətin qoynunda keçirilən bu bir günlük yay düşərgəsi balaca ürəklər üçün böyük sevinclərə çevrildi. Şən mahnılar, rəngarəng personajların iştirakı ilə hazırlanmış bədii-əyləncəli proqram uşaqların üzündə gülümsəmə yaratdı, iç dünyalarına bir günlüyə də olsa işıq saldı. O gün orada təkcə gülüş yox, Vətənin nəfəsi, şəhidlərin izi, qürurun səsi vardı.

Düşərgədə iştirak edən 20-yə yaxın şəhid övladı birlikdə oynadı, birlikdə dincəldi, birlikdə bir xatirə yaratdı. Hər biri üçün bu gün təkcə yay istirahətinin bir səhifəsi deyil, onların varlığının dəyərli olduğunu hiss etdikləri unudulmaz bir gün idi.

Əslində bu düşərgə təkcə uşaqlara yox, cəmiyyətə bir mesaj idi: “Şəhidlər ölməz, onların övladları isə bu xalqın əziz övladlarıdır.”

Bu cür tədbirlər təkcə bir günün sevincini yox, bir ömrün yaddaşında qalacaq dəyəri formalaşdırır. Hər bir şəhid övladı bilməlidir ki, onların ataları təkcə torpağı deyil, gələcəyi qorudu. Və o gələcək – məhz onların simasında yaşayır.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Goranboy rayonu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Avqust 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see187

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see179

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see172

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see143

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see141

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see138

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see129

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see128

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see127

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see127

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see126

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see126

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see125

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see124

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see123

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see122

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see121

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see119

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri