“Gördüm hamı qarışıb birbirinə O, məni sevindirməyə gəlmişdi, ağlatmağa yox” VİDEO
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dekabrn 25-i AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan sərnişinlərdən biri də 1963-cü il təvəllüdlü Leyla Bayramovadır.
O, Yeni il bayramını qızının yanında qeyd etməyə gedirmiş.
Leyla Bayramovanın qızı Günel Hüseynova deyir ki, anasını özü yanına çağırıb: “Anama dedim ki, gəl, bayramı birlikdə keçirək, səni görmək istəyirəm.
Onun üçün çox darıxmışdım. Anam mənim sözümü heç vaxt yerə salmırdı.
Nə desəm, onu edərdi, kaş, bu dəfə etməzdi. Mən Qroznıda yaşayıram, onu qarşılamağa aeroporta getmişdim.
Onu çox gözlədim, elə gözüm yolda qalmışdı. Gördüm ki, hamı qarışıb bir-birinə.
Dedilər, təyyarə yerə düşüb. Dedim ki, anam heç vaxt məni tək qoymaz.
Çünki o, məni sevindirməyə gəlmişdi, ağlatmağa yox. Mənim hələ də ümidim var. İnanmıram ki, anam ölüb, o, sağ gələcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 31 Dekabr 2024 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















