Icma.az
close
up
RU
Görkəmli alim, mərhəmətli insan, müqəddəs ana

Görkəmli alim, mərhəmətli insan, müqəddəs ana

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycanın görkəmli alimi, oftalmologiya sahəsində mühüm elmi nailiyyətlərə imza atmış, yüksək mənəvi keyfiyyətləri ilə tanınan akademik Zərifə Əziz qızı Əliyevanın anım günü ölkənin elm, səhiyyə və ictimai fikir həyatında dərin izlər buraxmış bir şəxsiyyətin xatirəsinə ehtiramın təzahürüdür.

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elminin inkişafında xüsusi rol oynamış, göz xəstəliklərinin profilaktikası və diaqnostikası sahəsində mühüm tədqiqatlar aparmışdır. Onun elmi fəaliyyəti əsasən peşə ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, onların erkən diaqnostikası və müalicəsi istiqamətində olmuşdur. Bu sahədə etdiyi araşdırmalar yalnız elmi baxımdan deyil, həm də praktiki səhiyyə üçün olduqca faydalı olmuş, minlərlə insanın sağlamlığının bərpasına və əmək qabiliyyətinin saxlanmasına şərait yaratmışdır. Zərifə Əliyeva SSRİ dövründə ilk qadın alimlərdən biri olaraq tibb elmləri doktoru elmi dərəcəsini almış, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. O, uzun illər Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini kimi çalışaraq bu elm ocağının elmi səviyyəsinin yüksəlməsinə və beynəlxalq əlaqələrinin genişlənməsinə töhfə vermişdir.
Zərifə Əliyevanın həyat yolu həm də ailə dəyərlərinə olan sadiqliyi ilə diqqətəlayiqdir. O, tanınmış dövlət xadimi Heydər Əliyevin ömür-gün yoldaşı kimi həm çətin, həm də şərəfli bir həyat sürmüşdür. Onların həyatı qarşılıqlı hörmət, mənəvi dəstək və yüksək insani münasibətlər üzərində qurulmuşdur. Zərifə xanım, eyni zamanda, müasir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kimi dövlət rəhbərinin yetişməsində ana kimi mühüm rol oynamışdır. Onun ailə modeli Azərbaycan qadını üçün yüksək mənəvi dəyər və nümunə olaraq qalmaqdadır.
Akademik Zərifə Əliyevanın həyat fəlsəfəsinin əsasını Vətənə və xalqa xidmət təşkil edirdi. O, elmi fəaliyyətində olduğu kimi, ictimai fəaliyyətində də daim Azərbaycan xalqının rifahını düşünmüş, öz bilik və bacarığını ölkəsinin tərəqqisi naminə səfərbər etmişdir. Elmi nailiyyətləri ilə yanaşı, qadınların cəmiyyətdə fəal iştirakına dair çıxışları, sosial məsələlərə dair fikirləri onu ziyalı qadın obrazında daha da ucaldırdı. Zərifə xanımın Vətənə bağlılığı sadəcə sözlərlə yox, əməllərlə sübut olunmuşdu. O, öz xalqının sağlamlığı və maariflənməsi naminə ömrünü elmi araşdırmalara və təşkilati işlərə həsr etmişdir.
Zərifə Əliyeva nəinki alim, həkim və ictimai xadim kimi, həm də yüksək mənəviyyat sahibi olan bir ziyalı kimi yaddaşlarda qalmışdır. Onun həyat yolu, davranışı, insanlarla ünsiyyətdə nümayiş etdirdiyi nəzakət və diqqət onu müasir Azərbaycan qadınının ideal obrazına çevirir. O, klassik Şərq-müsəlman mədəniyyətinin, eləcə də Avropa təhsilinin və tərbiyəsinin vəhdətində formalaşmış nadir şəxsiyyətlərdən idi. Zərifə xanımın mənəvi irsi bu gün də yaşamaqdadır. Onun adı müxtəlif elm və səhiyyə müəssisələrinə, məktəblərə verilib, həyatı və fəaliyyəti haqqında kitablar yazılıb, sənədli filmlər çəkilib. O, təkcə bir dövrün yox, bir millətin yaddaşına köçmüş şəxsiyyətdir. Akademik Zərifə Əliyevanın anım günü təkcə keçmişə ehtiram deyil, həm də gələcək nəsillərə bir nümunədir. Onun elmi irsi, ictimai fəaliyyəti və şəxsi həyatı Azərbaycanın ziyalı ənənəsinin, eləcə də xalqına və Vətəninə bağlılığın mükəmməl təcəssümüdür. Bu böyük insanın ömür yolu, milli kimlik və insani dəyərlərlə zəngin olan həyat fəlsəfəsi daim örnək olaraq qalacaqdır.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Aprel 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri