Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Görkəmli arxeoloq alim

Görkəmli arxeoloq alim

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qafar Cəbiyev -75

Tarix xalqın qan yaddaşı, kimliyi, keçmişi və gələcəyidir. Maddi mədəniyyət tarixinin əsrlərin, minilliklərin o tayında, torpağın dərin qatlarında uyuyan, təbii və antropogen təsirlər nəticəsində itib-batmaq, yox olmaq təhlükəsi ilə üz-üzə qalan qədim qalalar, şəhərlər, məzarlıqlar, müqəddəs məkanlar məhz arxeoloq alimlərin fəhmi, zəhməti və şəristəsi sayəsində gün işığına çıxarılaraq, elmi cəhətdən dəyərləndirilərək xalqın mənəvi sərvətinə çevrilir. Belə bir ağır və şərəfli missiyanı çiynində daşıyan görkəmli Azərbaycan alimlərdən biri də tarix elmləri doktoru, professor Qafar Cəbiyevdir. Qafar müəllim Azərbaycanın bir çox orta əsr şəhərləri, qalaları, xanəgahları, türbə və ziyarətgahlarının tədqiqində xüsusi xidmətləri olan arxeoloq alimlərimizdəndir. Mübaliğəyə yol vermədən deyə bilərm ki, o, özünün fundamental elmi tədqiqatları ilə yanaşı, jurnalistika, təhsil və maarifçilik işi sahəsindəki fəaliyyəti ilə də elmi ictimaiyyətin və geniş oxucu auditoriyasının hörmətini qazanan alim obrazı kimi tanınmaqdadır.

Professor Qafar Cəbiyev 1950-ci ildə İsmayıllı rayonunun füsunkar təbiəti ilə seçilən Talıstan kəndində dünyaya göz açmış, 1973-cü ildə Gəncə Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, daha sonra isə Akademiyanın Tarix İnstitutunun aspiranturasına qəbul olnmuş, 1985-ci ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. Müəllifi olduğu 25 monoqrafiya, 130-dan çox elmi, 350-dən çox elmi-publisistik məqaləsi onun son dərəcə məhsuldar və səmərəli elmi fəaliyyətinin göstəricisidir. “Arxeologiya və romantika”, “Azərbaycan keramikası”, “Bura Vətəndir”, “Girdiman tarixi”, “Girdiman. Tarixi və tarixi coğrafiyası”, üç ciliddən ibarət “Orta əsr Ağsu şəhəri”, “Ağsuçay-Girdimançay hövzəsinin arxeoloji abidələri” adlı əsərləri, ali məktəblər üçün yazmış olduğu “Azərbaycan tarixi” və “Azərbaycan arxeologiyasının əsasları” adlı dərslik və dərs vəsaitlərinin hər biri onun gərgin əməyinin və səmərəli elmi-pedaqoji fəaliyyətinin məhsuludur.

Professor Q. Cəbiyevin rəhbəri olduğu arxeoloji ekspedisiyaların tədqiqatları faktiki olaraq Azərbaycanın orta əsr və antik dövr tarixinin bir sıra aktual problemlərinin yenidən işlənməsinə təkan oldu. 1985-ci ildən başlayaraq onun rəhbərliyi ilə Qəbələ, Kürdəmir, Şamaxı, İsmayıllı və Ağsu rayonları ərazisində aparılan davamlı və geniş miqyaslı tədqiqatlar sözün əsl mənasında qədim dövlətçilik tariximizin və xalqımıza məxsus zəngin mədəni irsin tədqiqi və təşviqi yolunda yeni üfüqlər açmış oldu.

Onun Azərbaycanın son orta əsr arxeologiyasına dair tədqiqatları, bu dövrün şəhər mədəniyyətinin öyrənilməsi, xüsusilə də arxeologiya elminin əlifbası hesab edilən keramika məmulatının təsnifatı, dövrləşdirilməsi, bədii-texniki və texnoloji xüsusiyyətlərinin araşdırılması tək Azərbaycanda deyil, bütövlükdə, əski sovetlər birliyində ilk addım idi.

Qafqaz Albaniyası tarixinin arxeoloji aspektdə dərindən və hərtərəfli araşdırılması professor Q.Cəbiyevin elmi fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. AMEA-nın Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri olduğu dönəmdə məhz onun təşəbbüsü ilə albanşünaslığın bir sıra aktual problemləri gündəmə gətirilməklə öz müsbət həllini tapıb. Onun Azərbaycan albanşünaslığına verdiyi ən böyük töhfə isə Girdiman tarixinə dair fundamental tədqiqatlardır. Sovet dönəmində təhrif edilən, ermənilər tərəfindən saxtalaşdırılan Girdiman problemi professor Q.Cəbiyevin araşdırmaları və çox möhtəbər elmi dəlilləri əsasında yenidən işləndi. Sələflərindən fərqli olaraq məhz o ilk dəfə Girdiman vilayətinin Albaniyanın qərbində və ya şimal-qərbində deyil, məhz Şirvan ərazisində olduğunu elmi cəhətdən sübuta yetirmiş oldu. Bununla da o, ermənilərin və ermənipərəst elmi dairələrin Albaniya tarixinə sırımış olduqları yanlış və antiazərbaycan konsepsiyanı alt-üst etmiş oldu.

Prof Q.Cəbiyev 40 ildən artıqdır ki, Qəbələdə tədqiqatlar aparır. On beş ildir ki, Qəbələ beynəlxalq arxeoloji ekspedisiyasının rəhbəridir. Onun tədqiqatları sayəsində qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyanın baş şəhəri-paytaxtı olan Qəbələ tarixinin bir sıra problemləri dərindən və hərtərəfli araşdırılıb. Onun fikrincə indiki halda Qəbələ şəhərinin 2500 illiyinin rəsmi səviyyədə qeyd olunması qədim dövlətçilik tariximizin öyrənilməsi və təşviqi baxımından çox mühüm elmi, həm də siyasi əhəmiyyət kəsb edir.

Qədim Mehrəvan şəhərinin lokalizasiyası ilə bağlı uzun illər tarixşünaslığımızda mövcud olan qeyri-müəyyənliyə də ilk dəfə məhz professor Q. Cəbiyevin tədqiqatları sayəsində son qoyulmuş oldu. Məhz onun rəhbərliyi ilə aparılmış arxeoloji qazıntılar Mehrəvan şəhərinin Ağsu rayonu ərazisində, Girdimançayın sol sahilində olduğu müəyyən edildi.

Professor Q.Cəbiyevin rəhbərlik etdiyi Ağsu arxeoloji ekspedisiyası son 100 il ərzində Azərbaycan ərazisində aparılmış arxeoloji tədqiqatlar nəticəsində ilk dəfə olaraq qızıl pullardan ibarət dəfinə aşkar etmişdir. Yeri gəlmişkən 2010-2012-ci illərdə onun rəhbərliyi ilə Ağsu və Kürdəmir rayonları ərazisində daha bir neçə nadir  dəfinə tapılaraq elmi dövriyəyyə daxil edilib.

2008-2009-cu illərdə onun rəhbərliyi ilə Kürdəmir rayonu ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı Azərbaycanda ilk dəfə olaraq məhz Şəhərgah adlı şəhər yerində XII əsrə aid çox mükəmməl hamam-sağlamlıq kompleksi aşkar olunaraq tədqiq edilib. Şamaxı rayonu ərazisindəki Dəmirçi nekropolunun, Kələxana türbələr kompleksinin, Pir Ömər Sultan ziyarətgahının tədqiqi, Ağsu şəhəri ərazisində Şıxməzid xanəgahının və eyni adlı türbənin elmi dövriyyəyə gətirilməsi, Basqal ərazisində orta əsr şəhər mədəniyyəti qalıqlarının üzə çıxarılaraq araşdırılması, Xəlvətilik sufi təliminin banisi Pir Ömər Avaxılınn türbəsinin və türbə kitabəsinin tapılması professor Q.Cəbiyevin rəhbərliyi ilə son illər aparılmış çox uğurlu arxeoloji tədqiqatların yalnız bir hissəsidir. Yeri gəlmişkən onu da qeyd edək ki, ölkə prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Basqalda və Avaxılda professor Q.Cəbiyevin rəhbərliyi ilə tədqiq olunan arxeoloji abidələrdə olmuş, Ağsu qazıntılarının əhatə etdiyi ərazi isə ölkə prezidentinin 22 oktyabr 2019-cu il tarixli sərəncamı ilə tarix və mədəniyyət qoruğu elan edilmişdir.

Qafar müəllimin ömür yolunun əhəmiyyətli bir hissəsi pedaqoji fəaliyyətə həsr olunub. O, 1990-2003-cü illərdə Bakı Dövlət Universitetinin Şəki filialının dosenti, 2008-2017-ci illərdə ictimai əsaslarla Azərbaycan Müəllimlər İnstitutunun İctimai fənnlər kafedrasının müdiri, 2018-2020-ci illərdə isə Bakı Qızlar Universitetinin professoru kimi həm də pedaqoji fəaliyyətlə məşğul olub. Azərbaycan tarixi və Azərbaycan arxeologiyası fənlərini tədris edib. Ali məktəblər üçün Ulu ndər Heydər Əliyevin ömür yolu və əməli-siyasi fəaliyyətinə dair tədris proqramı tərtib edərək mühazirələr aparıb.

Onun ayrı-ayrı elmi nəşrlərdə və rəsmi mətbuatda dərc olunmuş “Heydər Əliyev zirvəsi”, “Heydər Əliyev Yevlax-Balakən dəmir yolunu tikdirdi, Kamran Bağırov isə onun açılışına belə gəlmədi”, “Heydər Əliyev və Azərbaycan tarixi”, “Heydər Əliyev və Azərbaycan mətbuatı”, “Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixi və tarixşünaslığının milli konsepsiyasının hazırlanmasına dair məsləhət, təklif və tövsiyyələri”, “Heydər Əliyev Qəbələni necə xilas etdi ?”, “Tarixi-mədəni irsə qayğının Heydər Əliyev nümunəsi” və bu silsilədən olan çoxsaylı digər yazıları elmi ictimaiyyət və geniş oxucu kütləsi tərəfindən böyük rəğbətlə qarşılanıb.

Professor Qafar Cəbiyev davamlı elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, dövlət xidməti və media sahəsindəki fəaliyyəti ilə də nümunə olmuşdur. O, 1990-2004-cü illərdə “Azərbaycan” qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri, 2004-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmiş, 2013-2019-cu illərdə Şura sədrinin müavini olmuşdur. Media məkanında milli-mənəvi kimliyin, dövlətçilik maraqlarının, mədəni irsin qorunması kimi mühüm istiqamətlər hər zaman onun fəaliyyət prinsipinin əsasını təşkil etmişdir. Dərin elmi publisistik səciyyə daşıyan “Can Azərbaycan”, “Yazılan qalacaq”, “Düşüncələr” və “Mənim Azərbaycanım, yaxud ömrün yadda qalan anları” kimi iri həcmli əsərləri onun elmi-pedaqoji istiqamətlə yanaşı, jurnalistika sahəsində də uğurlu fəaliyyət göstərdiyindən xəbər verir. Məhz uğurlu və səmərəli jurnalistlik fəaliyyətinə görə o, “Qızıl qələm” və “Humay” mükafatlarına, 2013-cü ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar jurnalisi” fəxri adına layiq görülüb.

Onun son zamanlar mətbuatda gedən bəzi yazılarında akademiya cameəsində müşahidə edilən mənfi tendensiyalar, xüsusilə də elmin idarəçiliyində şəffaflığın olmaması, elmi dərəcə və vəzifələrin bəzən qeyri-obyektiv meyarlarla verilməsi, elmi fəaliyyətin formal xarakter alması kimi hallar tənqid edilmişdir. Alimin fikrincə bu cür hallar elmə və alimin nüfuzuna ciddi zərbə vurur, gənclərin elmə marağını azaldır, elmi mühitin sağlam inkişafına mane olur. Diqqəti cəlb edən odur ki, o tənqid etməklə kifayətlənməyib, çıxış yolları da təklif edir. Belə bir cəhəti xüsusi vurğu ilə qeyd etmək istərdim ki, onun AMEA-dakı mövcud durumla bağlı mətbuatdakı tənqidi çıxışları şəxsi maraqlardan deyil, ümummilli mənafelərdən qaynaqlanır. O, hesab edir ki,akademik mühitdə olan bürokratik yanaşmalar və formal fəaliyyət modelləri təkcə elmin inkişafına deyil, eyni zamanda milli düşüncə tərzinə də təhlükə yaradır.

Professor Q.Cəbiyev özünün son dərəcə aktiv və səmərəli elmi-pedaqoji və ictimai fəaliyyəti ilə təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də tanınan, qiymətləndirilən alimlərdəndir. Onun vaxtaşırı olaraq elmi və xidməti işi ilə bağlı müxtəlif ölkələrə səfərləri, beynəlxalq konfrans və simpoziumlarda iştirakı və çıxışları, elmi və siyasi diskussiyalardakı fəal mövqeyi bunu deməyə əsas verir. 2012-ci ildə Türk dünyasının “Elm adamı” fəxri adına layiq görülməsi də sözsüz ki, Azərbaycan aliminin beynəlxalq sahədəki nüfuzundan xəbər verir. Xatırladaq ki, bu fəxri ad Türk dünyasında elmi və mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində çalışan ziyalılara təqdim edilir və Qafar müəllimin belə bir mükafata layiq görülməsi onun milli-mənəvi dəyərlərə sədaqətinin, ümumtürk mədəni irsinin araşdırılması sahəsindəki fəal rolunun bariz nümunəsidir.

2020-ci ildə Azərbaycan arxeologiyasının inkişafında professor Qafar Cəbiyevin rolu və xidmətlərinə həsr olunmuş beynəlxalq vebinar konfrans keçirildi. Bu ilin yanvar ayında Şimali Makidoniyada keçirilən XIII ənənəvi “Ohrid-Vodiçi” konfransı, aprel ayında Şimali Kipr Türk Cümriyyətinin Yaxın Doğu Universitetində “Türk mədəniyyəti, incəsənəti və mədəni mirası” mövzusunda keçirilən beynəlxalq simpozium da məhz professor Q.Cəbiyevə həsr edilmişdir. Dünyanın onlarla universitetinin və elmi mərkəzlərinin birgə təşkilatçılığı və çoxsaylı elm adamlarının iştirakı ilə keçirilən bu son dərəcə mötəbər elmi tədbirlərin Azərbaycan aliminə həsr olunması sözsüz ki, onun şəxsiyyətinə və elmi-praktiki fəaliyyətinə beynəlxalq səviyyədə olan hörmət və ehtiramdan xəbər verir.

Professor Q.Cəbiyev Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix və siyasi elmlər üzrə Ekspert Şurasının üzvü və sədr müavini olarkən təqdim olunan dissertasiya işlərinin obyektiv, elmi kriteriyalara uyğun şəkildə qiymətləndirilməsində də aktiv iştirak etmişdir. AAK-dakı fəaliyyəti dövründə o elmi etikaya və akademik dürüstlüyə sadiqliyi ilə tanınmış, elmdə formallığa və səthi yanaşmalara qarşı prinsipial mövqe nümayiş etdirmişdir.

Azərbaycanın zəngin mədəni irsinin qorunması, öyrənilməsi və təbliği mövzusu yalnız arxeoloqların, tarixçilərin və mədəniyyətşünasların deyil, bütün cəmiyyətin gündəmində olan bir məsələdir. Bu baxımdan, prof. Q. Cəbiyevin “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə heyətinin üzvü kimi çoxtərəfli işgüzar fəaliyyətini, mədəni irsin tədqiqinə, təşviqinə və qorunmasına yönəlik yanaşmalarını analiz edərkən onun elmi təfəkkürünün və ictimai fəaliyyətinin bir-biri ilə sıx əlaqədə olduğunu  görürük. O, mədəni irsin qorunması və öyrənilməsi sahəsində təkcə akademik biliklərə əsaslanan tədqiqatlar aparan bir alim deyil, eyni zamanda, bu sahədəki ictimai təşəbbüsləri ilə tanınan bir ziyalı olaraq da önə çıxmışdır. Başqa sözlə, o, mədəni irsin tədqiqi, təşviqi və qorunması məsələlərinə sadəcə tarixi və elmi baxımdan yanaşmaqla kifayətlənməmiş, eyni zamanda, görülən işlərin, əldə olunan nəticələrin geniş ictimaiyyətə açıq və əlçatan olmasının vacibliyinə də xüsusi önəm vermişdir.

AMEA sistemində islahatlara başlanılarkən ölkə prezidentinin çağrışına cavab olaraq bilavasitə onun şəxsi təşəbbüsü ilə Arxeologiya və Antropologiya İstitutunda yeni bir şöbə - Azərbaycanın İslam dövrü arxeologiyası şöbəsi yaradıldı. Bu, həm də onun son illər bir tədqiqatçı olaraq daha çox məhz Türk və İslam mədəni irsinin tədqiqinə fokuslanmasından irəli gəlib.

Göründüyü kimi, professor Q.Cəbiyevin həyatı zəhmət və istedadın çox möhtəşəm sintezinin bariz nümunəsidir. Onun hər bir uğurunun arxasında zəhmət, fədakarlıq və səbr durur. Onun elmə verdiyi töhfələr yalnız şəxsi nailiyyətlərlə məhdudlaşmır, həm də rəhbərliyi altında yetişən gənc arxeoloqlar nəslinın müvəffəqiyyətlərində özünü göstərir.

Bir sözlə, Qafar müəllim həm alim, həm pedaqoq, həm jurnalist, həm də ictimai xadim olaraq bütün hallarda və bütün sahələrdə öz vəzifə və vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirməklə, Azərbaycan elminin inkişafına sanballı töhfələr vermişdir və bu gün də verməkdədir. Beləliklə, o, zaman və məkan anlayışlarını aşaraq, öz zəhməti və fədakarlığı ilə ölkənin intellektual və mədəni həyatında çoxlarına nümunə ola bilmişdir. Dəyərli alim dostum, 75 yaşın mübarək!

Habil Məmmədov,Tarix elmləri doktoru, Bakı Slavyan niversiteti ictimai fənlər kafedrasının professoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Avqust 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see358

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see282

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see267

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see266

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see246

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see243

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see227

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see222

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see218

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see214

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see207

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see203

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see197

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see195

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see194

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see194

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see192

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see184

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri